Prezident QANUN İMZALADI : Uşaqlar üçün 170 manat...
17 Yanvar 2020 07:53 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunları imzalayıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilir.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.
Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31