Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı
17 Yanvar 2020 07:44 SiyasətMilli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb.
Bu gecədən etibarən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər.
Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31