İlham Əliyevdən yeni təyinat - Sərəncam
İlham Əliyevdən yeni təyinat - Sərəncam
16 Yanvar 2020 12:49 SiyasətGəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Xaçmaz rayonunun icra başçısı təyin edilən Elnur Rzayev icra edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31