Ermənistanın uğursuz müqayisə cəhdi- Geosiyasət
Ermənistanın uğursuz müqayisə cəhdi-Geosiyasət
15 Yanvar 2020 15:34 SiyasətAzərbaycanın hərtərəfli inkişafı, ildən-ilə əldə etdiyi nailiyyətlər onun dostlarını sevindirdiyi kimi, düşmənlərini də məyus edir, qıcıqlandırır. Elə buna görə də davamlı olaraq Azərbaycana qarşı informasiya mübarizəsi aparılır, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmağa cəhd göstərilir. Bu müstəvidə Azərbaycanı hədəf seçən, müntəzəm olaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, Bakının qazandığı uğur və nailiyyətləri kiçiltməyə çalışan işğalçı Ermənistanın fəaliyyəti daha çox özünü büruzə verir. Bütün parametrləri üzrə Azərbaycana uduzan Yerevan indi də, çıxış yolunu Bakı ilə eyn tərəzidə ölçməkdə görür. Maraqlısı odur ki, Ermənistanı Azərbaycanla hansısa analitik qurup, yaxud erməni maraqlarına xidmət edən hər hansı bir beynəlxalq təşkilat deyil, birbaşa işğalçı ölkənin inqilabçı baş naziri Nikol Paşinyan müqayisə edir. Əgər qeyd etdiyimiz dairələr bu addımı atsaydı, müəyyən mənada onları anlamaq olardı ki, məlumatsızlıqdan dolayı Ermənistanı Azərbaycanla eyniləşdirməyə çalışır, guya hər iki ölkədə iqtisadi durumun yüksək səviyyədə olduğunu iddia edirlər. Maraqlısı odur ki, hazırda bu müqayisəni inqilabçı baş nazir Nikol Paşinyan edir və utanmadan ölkəsinin "uğurlarından" danışır. Ermənistanın baş naziri gözəl bilir ki, ölkəsi nə siyasi, nə iqtisadi, nə sosial, nə də hərbi və diplomatiya sahəsində Azərbaycanla müqayisə ediləcək durumda deyil. Bütün bunları faktlarla sübut etməyə o qədər ciddi zərurət olmasa da, lakin müəyyən məqamları qeyd edərək inqilabçı baş nazirə bəzi xatırlatmalar etmək zəruridir.
Əvvəla götürək iqtisadi vəziyyəti. Bu gün Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempi ilə diqqət çəkir. İldən-ilə artan iqtisadi qüdrətimiz Azərbaycanı nəinki regionda, eləcə də dünyada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşdırıb. Bunu təkcə biz yox, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatlar, reytinq agentlikləri də təsdiqləyir. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar sosial sahəyə də öz müsbət təsirini göstərir və ölkədə bir sıra irimiqyaslı sosial layihələr həyata keçirilir ki, bu da nəticə etibarilə əhalinin, Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına imkan yaradır. Ermənistana baxdıqda isə tamamilə fərqli situasiyanın şahidi oluruq. İldən-ilə iqtisadiyyatda qeydə alınan geriləmə Ermənistan vətəndaşlarını ağır sosial problemlərlə üzləşdirir. Hökumətin, inqilabçı baş nazirin iqtisadi siyasətdə naşılığı, hakimiyyətə gəldiyi ərəfədə verdiyi vədləri həyata keçirə bilməməsi sadə ermənilərin öz ölkələrini tərk etməsinə səbəb olur. İşğalçı ölkədə əhalinin say tərkibi, demoqrafik problemlər hazırda elə bir vəziyyətə gəlib çatıb ki, orduda xidmət etmək üçün gənclər tapılmır. Onlar həm sosial problemlər, həm də mənasız savaş və Qarabağda Azərbaycan əsgərinin gülləsinə tuş gəlməmək üçün Ermənistanı tərk etmək məcburiyyətində qalırlar. Təkcə gənclər deyil, hətta nisbətən yaşlı ermənilər də indiki vəziyyətdən çıxış yolunu Ermənistanı tərk etməkdə görürlər. Çünki qeyd etdiyimiz kimi dərin iqtisadi böhran özüylə ciddi sosial problemlər gətirib. Dövlət büdcəsində son illərdə ciddi artımın qeydə alınmaması işğalçı ölkədə maaş və pensiyaların artırılmasını da münkünsüz edir. Ancaq bunun əksinə olaraq istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının qiyməti müntəzəm olaraq qalxır.
Paşinyanın xarici siyasət sahəsində ölkəsini Azərbaycanla müqayisə etmək cəhdinə diqqət edək. Birmənalı olaraq onu deyə bilərik ki, bi müqayisə də kökündən yalnışdır. Hətta hazırda Ermənistan əvvəlki hakimiyyətlərin zamanından fərqli olaraq diplomatiya, xarici siyasət sahəsində ən ciddi böhran dövrünü yaşayır. Təsəvvür edin ki, uzun illər Ermənistanla bir təşkilatda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan ölkələr artıq Ermənistana müttəfiq gözü ilə baxmırlar. KTMT-də İrəvanın ən yaxın müttəfiqi sayılan Rusiya belə artıq Ermənistana etibar etmir ki, bunun da əsas səbəbkarı hazırkı baş nazir Nikol Paşinyandır. Məhz Paşinyan hakimiyyəti zəbt etdikdən sonra xarici siyasət sahəsində atmış olduğu naşı, səriştəsiz addımlar nəticəsində İrəvannın yaxın müttəfiqlərini ondan tədricən uzaqlaşdırıb. Eyni tendensiya postsovet məkanından kənarda da müşahidə edilir. İki ildən artıq bir müddət ərzində Paşinyanın cəmi 10 ölkəyə belə dəvət edilməməsi, ona bir siyasi fiqur kimi dəyər verilməməsi Ermənistanın diplomatiya sahəsində Azərbaycan qarşısında uduzduğunu ortaya qoyur. Xarici siyasət sahəsində Nikol Paşinyanın ölkəsini Azərbaycanla müqayisə etmək cəhdinə ən yaxşı cavab və İrəvana tərs sillə effekti verə biləcək açıqlama isə hər zamankı kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən gəldi. 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə Ermənistan rəhbərliyinin absurd, həyasızcasına ölkəsini Azərbaycanla müqayisə etmək cəhdinə cavabında dövlət başçısı Cəmab İlham Əliiyev qeyd etdi ki, bütün dövrlərdə rəsmi Bakı diploamtiya sahəsində İrəvanı üstələyib. Bunun ən bariz nümunəsi isə Azərbaycanın hələ 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub: "Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxları bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar.Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi".
Ermənistan hərbi sahədə də Azərbycanla müqayisə edilə bilinməyəcək dərəcədə zəifdir. Bunun əna bariz nümunəsini 2016-cı ilin aprel hadisələri zamanı gördük. Bundan sonra isə Naxçıvanda həyata keçirilən uğurlu əməliyyat bir daha Azərbaycanın hərbi qüdrətinin Ermınistandan qat-qat üstün olduğunu sübuta yetirdi. Həmin tarixi hadisələrə diqqət çəkərkən Azərbaycan Prezidenti Cənab İlham Əliyev qeyd edib ki, 2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub: "Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.Bu, bizim hərbi qələbəmiz idi.Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi.Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019" hesabatıdır".\
Füzuli
Olaylar.az