MDB PAA-nın müşahidəçiləri Məzahir Pənahovla görüşüblər

MDB PAA-nın müşahidəçiləri Məzahir Pənahovla görüşüblər

09 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşkili və keçirilməsinin uzunmüddətli müşahidəsi çərçivəsində MDB PAA-dan olan Müşahidə qrupunun üzvləri ölkəmizdə səfərdədirlər. Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyaları, siyasi partiyalar, Konstitusiya Məhkəməsi və digər seçki iştirakçıları ilə görüşlər nəzərdə tutulmuşdur. MDB PAA DİMBİ Bakı filialının mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,14.01.2020-ci il tarixdə MDB PAA DİMBİ direktoru vəzifəsini icra edən Ekaterina Qoloulina, MDB PAA Şurası Katibliyinin Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev və MDB PAA DİMBİ Filiallarla iş şöbəsinin müşaviri İlya RaskinAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər.

Görüşdə MSK sədri M. Pənəhov beynəlxalq müşahidəçilərə 09 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşkili və keçirilməsinin təqvim planına əsasən görülmüş işlər, bundan əlavə müşahidəçilər, həmçinin aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında ikitərəfli fikir mübadiləsi aparılıb. Müşahidə qrupunun üzvlərinin ölkəmizin müxtəlif regionlarında da görüşləri nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31