2019-cu ildə Azərbaycan sabitlik şəraitində yaşayıb- TƏHLİL

2019-cu ildə Azərbaycan sabitlik şəraitində yaşayıb-TƏHLİL

Azərbaycanın artan iqtisadi qüdrəti və əldə etdiyi ainkişaf onun nəinki regionda, eləcə də beynəlxalq aləmdəki mövqelərini möhkəmkəndirir, ölkəmizə olan beynəlxalq marağı, diqqəti bir qədər də artırır. Günümüzdə Azərbaycan elə bir inkişaf dövrünü yaşayır ki, hətta dünyada belə ölkəmizlə müqayisə edilə biləcək ikinci bir dövlətin olmadığını əminliklə söyləyə bilərik. Bu reallığı artıq dünyada da qəbul edir, onunla barışırlar.

Günümüzdə əldə etdiyimiz nailiyyətlərin, uğurların təməlində isə heç şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu siyasət dayanır. İstər siyasi, istər iqtisadi, istərsə də digər istiqamətlərdə həyata keçirilən uğurlu siyasət kursu Azərbaycanın inkişafını şərtləndirən başlıca amillərdəndir. Burada bir məqamı qeyd etmək lazımdır ki, ölkəmizin inkişaf və tərəqqisi Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik fonunda bsş verir. Elə bu göstəricisinə görə də, Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, inkişaf və ictimai-siyasi sabitlik paralellik təşkil edir. Bu gün iqtisadi sahədə Azərbaycan qədər inkişaf edə bilən ölkələr mövcud olsa da, lakin həmin dövlətlərdə ictimai-siyasi sabitlik heç də daimi deyil və kövrək xarakter daşıyır. İstər Avropanın inkişaf etmiş ölkələri, istər Yaxın Şərq, istərsə də Amerika və Asiyada belə zaman-zaman iqtisadi inkişafla paralel olaraq gərgin siyasi təlatümlər də müşahidə edirik. Sadə xalq kütlələrinin ciddi etirazları, qeyri-qanuni silahlı birləşmələrinin hakimiyyətlər əleyhinə qiyamları, və ya xarici təsirlərin nəticəsində ölkələrin xaos, anarxiyayay sürükləınməsi kimi mənfi tendensiyalar bu gün Azərbaycan xaric olmaqla demək olar ki, dünyanın hər bir yanında müşahidə edilir. Təkcə ötən il ərzində dünyanın bir sıra ölkələrində qeydə alınan gərginliklər bütün bunların əyani sübutudur. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan hər bir sahədə olduğu kimi siyasi sahədə də ötən 2019-cu ili uğurla başa vurub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə bu fakta xüsusilə diqqət çəkib və demək olar ki, bu müsbət tendensiyanı Azərbaycanın uğuru sayıb. Həqiqətən də dövlət başçısının qeyd etdiyi kimi 2019-cu ildə Azərbaycan sabitlik şəraitində yaşayıb. Prezident İlham Əliyev bildirib ki, 2019-cu ildə müxtəlif yerlərdə gərginlik artdı, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması müşahidə olunub: "Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artıb. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edib".

Ölkəmizin dünyada sabitlik məkanı kimi tanınması qeyd etdiyimiz kimi Azərbaycana olan marağı, diqqəti artırır. İldən-ilə ölkəmizə səfər edən xarici turistlərin sayının artması, mühüm beynəlxalq tədbirlərin Azərbaycanda, paytaxtımız Bakı şəhərində keçirilməsinə üstünlük verilməsi məhz ölkəmizin dünyada sabitlik mıəkanı kimi tanınmasından irəli gəlir. Təkcə 2019-cu il ərzində bir neçə beynəlxalq tədbir, Qoşulmama Hərəkatının zirvə görüşü, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının görüşü, həmçinin dünya dini liderlərinin Bakı görüşünü deyilənlərin əyani sübutu kimi göstərmək olar.

Azərbaycanda iqtisadi inkişaf fonunda ictimai-siyasi sabitliyin əldə edilməsi, daha doğrusu bunun davamlı xarakter daşıması təkcə beynəlxalq aləm deyil, elıcə də daxildə də yüksək qiymətləndirilir. Çünki hər iki amil, həm iqtisadi inkişaf, həm də əldə edilən ictimai-siyasi sabitlik xalqın maraqlarına xidmət edir. Azərbaycan xalqı da öz növbəsində bu inkişafı və sabitliyin təminatçısı olan Azərbaycan hakimiyyəti, şəxsən  Cənab Prezident İlham Əliyevi dəstəkləyir. Çünki dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Xalq tərəfindən hakimiyyətə göstərilən dəstək, həyata keçirilən siyasətə verilən yüksək qiymət həm iqtidarı daha da ruhlandırır və eyni zamanda, ölkədə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkə çox böyük inkişaf yolu keçib".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31