Əli  Həziquliyevin namizədliyi qeydə alındı

"Milli Məclisə təyin olunmuş 9 fevral seçkilərinə namizədliyim bu gün 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən rəsmən qeydə alindı." Bunu  özünün  feysbuk  səhifəsində  baş  redaktor  Əli  Həziquliyev  bildirib. Namizəd  BAXCP  sədri , millət vəkili Qüdrət Həsənquliyev başda olmaqla BAXCP İdarə heyətinə, namizədliyinin qeydə alıması üçün imza verən Goranboy-Naftalan sakinlərinin hər birinə, imzatoplama kampaniyasında əziyyətləri keçən hər bir insana və xüsusi olaraq namizədliyini qeydə alan 96 saylı DSK sədri Arıf bəyə, katib Fəqani bəyə və bütün DSK üzvlərinə minnətdarlığını bildirib:" Yolumuz açıq olsun. Bütün namizədlərə uğurlar diləyirəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31