Azərbaycan islahatçı ölkə kimi inkişaf yolunda inamla irəliləyir
Azərbaycan islahatçı ölkə kimi inkişaf yolunda inamla irəliləyir
14 Yanvar 2020 14:50 SiyasətRespublikada islahatlar əsasında ciddi inkişafın olduğu aydın şəkildə görünür. İslahatlar ili kimi qeyd etdiyimiz Nəsimi ili hesab edilən 2019-cu ili dövlət, xalq olaraq uğurla arxada qoyduq. Keçən il ölkəmiz adına istər idarəçilik strukturunda, istər iqtisadi strukturda, istərsə də, beynəlxalq aləmdə ciddi dəyişikliklər və irəliləyişlər baş tutmuşdur. Ötən gün ölkə başçısının başçılığı ilə ümumi nəticələr və inkişaf göstəricilərini özündə tərənnüm edən müşavirə keçirilmişdir. İlk olaraq xalqın ölkədə aparılan siyasətə diqqət yetirilmişdir. Ötən il çərçivəsində beynəlxalq mühitdə toqquşmalar, xalqların dövlət çevrilişləri məqsədilə həyata keçirdikləri mitinqlər olduğu təqdirdə ölkəmizdə sabitlik pozulmamış, bu gündə davam etdirilməkdədir.
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, sosial bağlı 2019-cu ilin başlanğıcından etibarən ölkədə bu sahə ilə bağlı ciddə islahatlar həyata keçirilmiş, sərəncamlar imzalanmışdır: "Təqaüd yaşına çatmış vətəndaşların təqaüdləri artırılmışdır. Təhsil alan gənclərin təhsilə olan maraqlarının artırılması, onlara motivasiya xarakteri olaraq 85%-ə yaxın gəncin təqaüdlə təmin olunması haqqında sərəncam yüksək sevinclə qarşılanmışdır. Ölkədə ötən ilin göstəricisinə görə 64 min insanın məşğulluğu təmin edilmişdir. Şəhid ailələrinə 934 mənzil istismara verilmişdir. Bundan əlavə 72 min ailəyə ünvanlı sosial yardım ayrılmışdır. Ölkədə prioritet sahələrdən biri kimi qeyd edilən qeyri-neft sektorunda ciddi dəyişikliklər özünü göstərməkdədir. Qeyri-neft sənaye istehsalı 14%, kənd təsərüffatı 7% artmışdır. Pambıqçılıq sahəsində göstərilən statistika rekord göstəriciyə çatmışdır. Elektrik sahəsində yeni planlar hazırlanır, inkişaf xarakteristikası formalaşır. Nəsimi ilində yeni elektrik stansiyası, 2011-ci ildə təməli qoyulan Şimal 2 ES açılmışdır. Şimal 2 ES-in istehsal gücü 400KVt-dır. Diqqətinizə çatdırım ki, ölkədə vəsaiti invertorlar tərəfindən ödəniləcək iki layihə həyata keçiriləcəkdirki, bunlar Günəş və Külək elektrik stansiyasiyalarıdır. Elektrik stansiyaslarının istehsal gücü isə 440KVt təşkil edəcəkdir.
Ə.Miriyevin sözlərinə görə, ölkəmizə son illərdə təsir edən mühüm hadisələrdən biri inflyasiya problemi idi ki, ötən il bu göstərici 2.6% göstəricisindədir. Valyuta ehtiyyatlarımız genişləndirilir. Ehtiyyatlarımız xarici borcu 5 dəfə üstələyir. Bu məsələdə istehsalatın xüsusi önəmi vardır. Ölkəmiz eyni həm qonşu ölkələrlə, həmdə beynəlaxalq mühitdəki ölkələrlə əlaqə saxlayır. Rusiya federasiyası ilə ticarət əlaqələrimiz xüsusi önəm kəsb edir. Çinin tranzit daşımaları Bakı-Tiblisi-Qars kəməri vasitəsilə daşınır. Bu təhlükəsizliyin və etimadın nəticəsidir.
Ekspert qeyd edib ki, 2019-cu ildə ölkəmiz mühüm beynəlxalq yeniliklərə imza atdı: "Ölkəmiz beynəlxalq mühitdə böyük etimada layiq götürülmüşdür. Dünya Liderlərinin II Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı olaraq 70 ölkənin dini liderini ölkəmizdə iştirakı, onların təəssüratları tolerantlığın təstiqini özündə ehtiva edir. Qoşulmama hərəkatının ölkəmizdə keçirilməsi növbəti 3 il ərzində sədrliyimiz mühüm əhəmiyyətə malikdir. Hərəkatın daxilində ölkələr bir biri ilə mübarizə kodeksində olmasına baxmayaraq ölkəmizin sədrliyinə bütün üzv ölkələr öz dəstəklərini bildirdilər. Bu isə etimadın nəticəsidir. Azərbaycanda hətta UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Sessiyada Şəki Xan Sarayının Dünya İrsi siyahısına daxil edilməsinə nail olmuşuq. Ölkəmizdə xüsusi mahiyyət kəsb edən Dünya Astronavtika konqresi baş tutacaqdır. Astronavtika mötəbər tədbirlərdən biri hesab edilir. 3 ölkənin içərisindən konqresin bizim ölkədə keçirilməsi haqqında verilən qərar qazandığımız nailiyyətlər, fəaliyyətlərin nəticəsidir.
Ölkəmiz yeni il hesab edilən 2020 yeni uğurlara imza atacq. Yeni islahatlar, yeni sərəncamlar əsasında beynəlxalq aləmdə olan imic getdikcə inkişaf edəcək, formalaşacaqdır".
Nigar Orucova
Olaylar.az