Hansı beynəlxalq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib?

Hansı beynəlxalq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib?

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. "OLAYLAR" Secki-2020.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. O bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib: "Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA-ya seçkiləri izləmək rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31