"Ukrayna dövləti sabitlik və inkişaf istəyir"

"Ukrayna dövləti sabitlik və inkişaf istəyir"

"Ukraynada 2013-cü ilin sonunda hakimiyyət boşluğu yaranır, Rusiya dərhal bundan istifadə edir, Krım ilhaq olunur, Donbasda separatizm baş qaldırır və nəticədə Ukrayna ərazilərini itirir, döyüşlərdə minlərlə ukraynalı həlak olur". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, bir il sonra Hollandiyadan Malayziya istiqamətində uçan təyyarə Ukrayna səması üzərində raket atəşi ilə vurulur, təxribatda separatçıların əli olsa da, dünyanın diqqəti yenə Ukraynaya yönəlir: "Amerika Konqresi prezident Donald Trampa qarşı impiçment proseduruna başlayır, səbəb yenə Ukraynadır, Ağ ev sahibinin ukraynalı həmkarına telefon danışığında təzyiq etdiyi iddia edilir və beləcə Ukrayna Amerikada siyasi mübarizənin əsas mövzusuna çevrilir. Amerika ilə İran arasında assimettik savaş başlayır, dəxli olmayan halda yenə Ukraynanın adı çəkilir. İran səhvən Ukrayna təyyarəsini raketlə vurur. Ukrayna bütün bu bəlalara layiq deyil. Bu dövlət sabitlik və inkişaf istəyir, onu isə hərə bir tərəfə çəkir və müxtəlif mübarizələrin mərkəzi halına gətirirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31