Tabor komandirlərinin toplantısı keçirilir

Tabor komandirlərinin toplantısı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.
Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31