9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində müxtəlif sahələrdə çalışan ölkə vətəndaşları iştirak edir.
Seçki prosesində Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri də fəallıq göstərir.
Qht.az xəbər verir ki, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində 2 QHT sədri qarşı-qarşıya gələcək.
Belə ki, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev və "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovanın namizədliyi 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində qeydə alınıb.

