GENERALDAN ŞOK- TƏYYARƏ SƏHVƏN VURULMAYIB

Raketlə vurulan təyyarədə ola bilsin ki, İranın ölməsini istədiyi biriləri olub.

Bu iddia ilə Türkiyənin ehtiyatda olan general-leytenantı Orxan Kösə çıxış edib.

İranın səhvən raket zərbəsi ilə sərnişin təyyarəsini vurması barədə bəyanatını şərh edən Kösə bunun inandırıcı olmadığını vurğulayıb:"Səs sürətilə gələn bir raketlə yeni havaya qalxdığı üçün maksimum 200 millə hərəkət edən sərnişin təyyarəsini qarışdırmaq mümkün deyil. Görəsən, o təyyarədə İranın ölməsini istədiyi kimlərsə var idimi?.." Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31