“Yerli idarəetmə və sosial xidmətlərdə könüllülərin fəaliyyəti xüsusi rol oynayır” – Şərh
“Yerli idarəetmə və sosial xidmətlərdə könüllülərin fəaliyyəti xüsusi rol oynayır” – Şərh
10 Yanvar 2020 15:26 Siyasət"Könüllülük əvəzi ödənilməyən xidmət növüdür. İnkişaf könüllülükdən başlayır. Könüllülük hər bir institun vəya idarənin imicini formalaşdırır. Könüllü olmaq inkişaf etmək deməkdir. Ölkəmizdə könüllülərin fəaliyyətini xüsusi qiymətləndirmək mümkündür. İstər yerli, istərsə də beynəlxalq tədbirlərdə iştirakları, yerli idarəetmə orqanlarında fəaliyyətləri könüllülərin iş imkanlarının genişlənməsi və formalaşmaşmasına geniş imkan yaradır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, Azərbaycanda könüllülük fəaliyyəti XXI əsrdən başlayaq inkişaf etmişdir bu gün öz yüksəliş dövrünü yaşamaqdadır: "Ölkə Prezidenti cənab İlham Əliyev 2 Fevral Gənclər gününə həsr olunmuş forumda könüllülərə xüsusi imkanların yaradılacağı və onların inkişafına önəm veriləcəyi haqqda öz fikirlərini söyləmişdir. Müasir dövrdə idarəetmə sahələrinə zamanında könüllü şəkildə fəaliyyət göstərmiş şəxslər yer almaqdadır. Könüllü olduğu müddətdə insanlara keçirilən təlim və tədbirlər onların özlərini iş həyatında tapmasına yardım edir.
Ölkə başçısının sərəncamına əsasən 2020-ci ilin Könüllülər ili elan edilməsi vaciblik təşkil edirdi. İlham Əliyev dəfələrlə öz könüllülərlə görüşlərində qazanılan uğurlarda onların əməyinin olduğunu qeyd edir. Bu gün könüllülərin saəsində formalaşan, uğurlu layihələr mövcuddur. Ölkəmizin ev sahibliyi etdiyi Avropa oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam oyunları, Formula 1 oyunları məhz könüllülər saəsində uğurlu alınmışdır. Ölkəmizə buyuran qonaqların onlar haqqında xoş təəssüratları da özünəməxsus xarakter daşıyır".
O qeyd edib ki, yerli idarəetmə və sosial xidmətlərdə də könüllərin əməyi xüsusi qeyd edilir: "Bunun bariz nümunəsini ASAN xidməti göstərmək olar. ASAN xidmət ölkə prezidentinin dəstəyi və xüsusi diqqəti saəsində ərsəyə gəlməsinə rəğmən, orada könüllülərə yaradılan imkanlar, keçirilən təlim və tədbirlər onların karyerasında xüsusi dəyişikliklərə səbəb olur.
Könüllülük fəaliyyəti işsizlik göstəricilərinin aşağı enməsinə də istiqamətlənir. İnsanlar ilk olaraq iş qayda qanunlarını öyrənir, növbəti olaraq isə bu prinsipləri tətbiq edirlər. Bu iş keyfiyyətin yüksək şəkildə artmasını özündə ehtiva edir".