NATO PA-nın müşahidəçiləri seçkiləri izləməyəcək
NATO PA-nın müşahidəçiləri seçkiləri izləməyəcək
10 Yanvar 2020 14:48 SiyasətNATO PA-nın müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləməyəcək. Bunu Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, beşinci çağırış Milli Məclisin deputatı olan Məlahət İbrahimqızı bildirib: "İstənilən beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək seçkiləri izləyə bilərlər. Ancaq NATO PA-ya seçkiləri izləmək üçün rəsmi dəvət məktubu göndərilməyib. Bunun da səbəbi var. Ona görə ki, Azərbaycan NATO-nun üzvü deyil, assosiativ üzvdür".
Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan dövləti hər zaman azad, ədalətli şəffaf seçkilərin keçirilməsi marağındadır: "Beynəlxalq təşkilatlar hər zaman ölkəmizdə keçirilən seçkiləri izləmək üçün müşahidəçilər göndərir. Bununla bağlı heç bir qadağa yoxdur".