Ukrayna təyyarəsini İran vurmayıb - Pompeo
10 Yanvar 2020 09:43 SiyasətUkraynanın "Boinq 737-800" təyyarəsinin İranda qəzaya düşməsinin səbəbi texniki çatışmazlıq ola bilər, amma tədqiqatların nəticəsini gözləmək lazımdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Biz həqiqətə çox sürətli çatmalıyıq. Gərək qəzanın əsl səbəbini anlayaq. Görünür, bu texniki çatışmazlıq idi", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna təyyarəsinin İran raketləri tərəfindən vurulmasıyla bağlı iddialar ortaya çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31