Yavər Camalovun oğlu deputatlığa namizəd oldu
Yavər Camalovun oğlu deputatlığa namizəd oldu
8 Yanvar 2020 15:47 SiyasətAzərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bu barədə 46 saylı Şirvan seçki dairəsindən məlumat verilib. Bildirilib ki, Rəşad Camalov deputatlığa namizəd olmaq üçün sənədlərini bir neçə gün qabaq DSK-ya təqdim edib: "Rəşad Camalovun namizədliyi DSK tərəfindən qeydə alınıb. O, müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək". Qeyd edək ki, Rəşad Camalov seçkilərdə YAP-ın namizədi Azər Quliyevlə mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31