Nikol Paşinyana şok - HƏBS EDİLDİ (VİDEO)
6 Yanvar 2020 19:01 SiyasətErmənistanda Baş nazir Nikol Paşinyanın adından yalan mesaj yayımlayaraq şok effekti yaradan jurnalist həbs olunub.
Publika.az "euronews"ə istinadən xəbər verir ki, adı açıqlanmayan jurnalist, Paşinyanın ABŞ prezidenti Donald Trampa zəng edərək onu iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı təbrik etdiyini irəli sürüb. Ermənistan və İran arasında diplomatik gərginliyə səbəb ola biləcək saxta xəbərin yayılmasından sonra Paşinyan təkzib açıqlaması vermək məcburiyyətində qalıb.
Axtarışlardan sonra təhlükəsizlik əməkdaşları jurnalistin yerini müəyyən edərək onu həbs edib. O, keçmiş prezident Robert Köçəryanın həbsinə etiraz məqsədiylə belə addım atdığı bildirib.
Qeyd edək ki, Paşinyanın adından yayılan saxta xəbər Azərbaycan və İran mediasında böyük müzakirələrə yol açmışdı.