Tramp Süleymaninin öldürülməsini Konqresdən gizlədib – Engel
3 Yanvar 2020 15:37 SiyasətABŞ Konqresi Süleymaniyə hücum barədə öncədən məlumatlandırılmayıb.
Bunu ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin rəhbəri Eliot Engel deyib.
"Bu zərbə Konqreslə məsləhətləşmədən gerçəkləşdirilib. Belə ciddi fəaliyyətin Konqresin cəlbi olmadan keçirilməsi, hüquqi nöqteyi-nəzərdən ciddi məsələlər doğurur və Konqresin səlahiyyətlərinə zərbədir", - deyə o bildirib.
Onun sözlərinə görə, özünümüdafiə çərçivəsində zərbə endirilməzdən əvvəlki 48 saat ərzində Konqres məlumatlandırılmalı idi:
"Qanun xəbərdarlığı ona görə edir ki, prezident ABŞ-ı düşünülməmiş müharibəyə cəlb etməsin. Ona görə də administrasiyadan izahat verilməlidir". (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31