Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib
31 Dekabr 2019 15:26 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib.
Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31