Leyla Əliyeva bölgələrdəki uşaqları belə sevindirdi
Leyla Əliyeva bölgələrdəki uşaqları belə sevindirdi
30 Dekabr 2019 18:40 SiyasətHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.
Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdab rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.
Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.
Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31