Bu il Müsavat Partiyasının alnına siyasi mühacir ifşası kimi yazıldı FOTOFAKTLAR

Bu il Müsavat Partiyasının alına siyasi mühacir ifşası kimi yazıldı FOTOFAKTLAR

Siyasi ekspert Arif Hacılını "moşennik" adlandırdı

Siyasi müxalifətin, xüsusilə radikal müxalifətin yola saldığımız ildə gözlənilmədən yaşadığı daha bir olay, yəni ifşası mühacir biznesi ilə bağlı oldu. Daha əvvəllər AXCP-nin sədri Əli Kərimli bu məsələdə ifşa olunurdusa, bu dəfə Müsavat rəhbərliyi, başqan Arif Hacılı ifşalara məruz qaldı. Çoxsaylı faktlar hələ ötən illərdə də ortaya qoyulurdusa, Almaniyada baş verən məlum olay - Müsavatın Avropadakı təşkilatı sayılan Müsavat AKM-in təmsilçilərinin alman polisi tərəfindən saxlanılmamarı artıq bütün kartları açığa çıxarmış oldu.

Bu arada siyasi ekspert Həmid Abdullayevin sözügedən məsələyə münasibəti də diqqətdən yayınmadı...

Arif Hacılı Frankfurtda saxta "siyasi mühacir" statusu almaq istəyən şəxslərə 72 ədəd Müsavat "Diplom"u da satıbmış!

Belə ki, Müsavat başqanı Arif Hacılını "moşennik" adlandıran ekspert əlavə edib ki, A.Hacılı dəfələrlə Almaniyaya səfərlər edərək, bu biznesin təkmilləşdirilməsində necə deyərlər, tövsiyə və tapşırıqlarını verib. Hacılının Frankfurt səfərinin pərdəarxası məqamları barədə danışan H.Abdullayevə görə, A.Hacılının Almaniya səfəri ilə bağlı bir sıra sabiq müsavatçılar onun "biznes layihəsini" ifşa edən faktlarla bir-birindən ilginc məlumatlar səsləndirmişdilər: "Məsələn, bəlli olmuşdu ki, Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün, daha doğru desək, bu tarixi faktdan sui-istifadə edərək, qazanc əldə etmək məqsədilə Frankfurt şəhərinə səfər etdi. Məhz keçmiş müsavatçılar da belə fikirdə idilər ki, A.Hacılının Almaniyaya getməsində məqsəd heç də tarixi AXC-nin yubiley tədbiri olmayıb. Bəlli olub ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta "siyasi mühacir" statusu almaq istəyən şəxslərə satmaq niyyəti ilə 72 ədəd Müsavat "Diplom"u da aparıbmış. Nəticədə siyasi partiyasının maraqlarını bir kənara ataraq, bazar maraqlarını güdən və Müsavat adından saxta diplom alverini reallaşdıran Hacılı 72 ədəd diplomun hərəsini 500 avroya sataraq ümumilikdə şəxsi büdcəsinə 36 min avro əlavə etmiş olub. Nəzərə alsaq ki, həmin diplomlar sadə karton kağızdan hazırlanıb və onların hazırlanma xərcləri ümumilikdə maksimum 100 AZN-dən artıq da deyil, bu zaman rəqəmlər arasındakı fərqləri sadə gözlə də görmək mümkündür".

Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı, Nüşabə Sadıxlı - Müsavatın siyasi mühacir alverçiləri!

H.Abdullayev müsavatçı mənbəyə istinadən onu da qeyd etmişdi ki, bu bazardan əldə edilən gəlirin bir hissəsi Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb. Düzdür, bu faktlar da öz təsdiqini tapsa da, hələlik adları çəkilən bu müsavatçılar həmin ittihamı qəbul etmirlər. Ancaq gec, ya da tez Almaniya polisinin apardığı istintaq və gəlinən nəticələr bu adamların da mühhacir biznesində rol almalarını sübuta yetirəcək.

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31