Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevi təbrik etdi
30 Dekabr 2019 16:09 SiyasətRusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Putin İlham Əliyevə ünvanladığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Putin Rusiya və Azərbaycanın birgə səylərlə iki dövlətin xalqlarının mənafeyinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin sonrakı inkişafını təmin edəcəyinə, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin müəyyənləşmiş xətt üzrə gedəcəyinə əminliyini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31