" Allahdan mandatım var: SÖZ deyə bilmək icazəsi, sənəd olaraq bu mandatı qoysalar xalqdan da alacağıq"- Jalə Mütəllibova - YENİLƏNDİ
30 Dekabr 2019 10:03 Siyasət" Doqquz fevral parlament seçkilərində bir xeyli media adamı iştirak edir. Hər halda çoxumuz bilirik ki, namizəd olduğumuz dairələrdən o mandatları almaq çətin olacaq. Bu bir az da yel dəyirmanı ilə döyüşməyə bənzəyir. " Bu sözləri 92 sayli Zərdab-Ucar dairəsindən namizədliyini irəli sürmüş Jalə Mütəllibova özünün feysbuk səhifəsində yazıb : " 92 sayli Zərdab-Ucar dairəsində gördüklərimi yazacağam, cəsarətlə deyəcəyəm bu gündən etibarən. Çünki amalım dövlətə, millətə xidmətdir. Və zatən tanrıdan bu haqqım var, söz demək, yazmaq bacarığımla. Hələ ki, ad çəkmədən deyirəm. Bir balaca rayonda Prezidentin islahat siyasətinə bu qədər tuthatutdan, cəzalardan, işdən qovulmalardan, yoxlamalardan sonra yenə problemlər yaradırlar. Namizəd olaraq ciddi maneələrlə üzləşirəm. Adamlar qorxu altındadır, çünki balaca bir rayonda məntəqələr üzrə bələdiyyə, icra nümayəndələri hədə gəlir, at oynadır. Başçının müavini evinə adamını yollayır. Səndən ona uşaqlıqdan tanıdığın cocuqlar xəbər daşıyır. Fırıldaqlar, yalanlar, hədələr. Yerli icra orqanları kəndxudadır, dövlətin siması deyil Zərdabda. Bunu aidiyyatı qurumlar duysun istəyirəm. Insanlar hədələnir, övladları, ailə üzvləri ilə təhdid olunur. Imza vərəqələrinə imza vermək qadağan edilir. Iki gündür Zərdabın bərbad gündə olan kəndlərini iki qara rəngli maşınla gəzirlər. "Imza verin, görün seçkidən sonra noolacaq" deyirlər . Atamın, babamın kəndinə girə bilməzmişəm. Gəlmə kəndinin kəndxudasından almışam bu mesajı. Babalarımın, nənələrimin, əmim uşaqlarının, ailə üzvlərimin məzarı var Qara su çayı yanındakı məzarlıqda. Valideynlərim bu rayonda yaşayır. Babam kəndin və rayonun ağsaqqallarından olub. Amma "bu kimdir Zərdaba girə?!" mesajını alıram. Bu hələ o adama edilir ki, ölkədə YAP-dan sonra ikinci dövlətçi partiyanın, AVP-nin təmsiçisidir. Görün hələ qarşıda nələr olacaq. Yanında bu gün olan adamları sabah qoymurlar səninlə görüşsün. Övladı ilə təhdid edirlər. Indilik ad çəkmirəm, qarşıda deputat köməkçisinin fəaliyyətindən tutmuş rayon rəhbərliyinin fəaliyyərinəcən hər şeydən yazacağam. Dedim axı Allahdan mandatım var: SÖZ deyə bilmək icazəsi, sənəd olaraq bu mandatı qoysalar xalqdan da alacağıq."
xxx
Deputatlığa iddialı daha sonra yazır: "Qara maşınlarınızı Zərdabın bərbad günə qoyduğunuz küçələrindən, kənd yollarından çəkin. Çallı məktəbində müəllimlərin sənədlərini qaytarın. Şah Hüseyinli kəndində adamları hədələməyin. Rayon xəstəxanasında işçıləri nəyəsə təhrik etməyin. Səbuhi adlı adamınızı durdurun. Prosesə ziyan vurur. Bir mandata görə dövlət və siyasi liderə, ölkədə aparılan islahatlara belə xəyanət eləməyin. Rəsmi dövlət qurumlarının adından istifadə etməyin. Mən dövlətimin maraqlarını müdaiəsi üçün prosesin içindəyəm. Hər anınızı nəzarətdə saxlayacaq qədər dostlarım, azından qohumlarım var burda. Istəyirəm dövlətim bilsin ki, bu gün Zərdabda, camaatın "komxoz" dediyi idarəsində yüzlərlə qanunsuzluq edilib. Məlum olub ki, işçilərin adı var özü yoxdur. Sualövlətdən alınan pullar hanı bəs, o maaşları kim alıb on beş-on iki il ərzində? Qoşaba yolunun təmiri üçün sənəd üzərində bir neçə dəfə təmir olunan yolun pulu hanı? Bıçaqçı kənd bağçasının tikintisi üçün vəsait hanı? Hələ bir kənd var, adını yazacağam keçmiş başçı o kənddə döyüldüyü üçün on iki ildir ora qaz çəkilməsinə icazə verməyib. Adamlar piü vəziyyətdədir. Bu xətt üçün ayrılan dövlətin vəsaiti hanı? Indiyəcən kim qaldırıb bu məsələləri?