“Minsk qrupu hərəkətə keçməli, həmsədrlər söz oyununa son qoymalıdır”- RƏY

“Minsk qrupu hərəkətə keçməli, həmsədrlər söz oyununa son qoymalıdır”-RƏY

Ölkə Prezidenti İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bildirib ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub və qarşıya qoyulan vəzifələr öz həllini tapıb. Qeyd edək ki, 2019-cu ildə əsas uğur göstəricilərindən biri beynəlxalq aləmdə mövqeylərimizin möhkəmlənməsi və müstəqil siyasət yürütməyimizdir. Millət vəkili Eldəniz Səlimov deyib ki,  dövlət başçısı mərhum  Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı regionda lider dövlətə çevirib və dünya arenasında yüksək nüfuza malik olub: "2019-cu il iqtisadi inkişaf baxımından uğurlu il olub. Bir neçə il əvvəl dünya bazarında neftin düşməsinə, gəlirlərin azalmasına baxmayaraq hər bir ölkə üçün sınağa çevrilib. Lakin Azərbaycan dövləti və höküməti tərəfindən görülən operativ tədbirlər fəsadları minimum səviyəyə endirib. Bu il ölkənin makro iqtisadi göstəriciləri daha geniş miqyaslıdır. Buna əldə olunmuş rəqəmlər də subutdur. Belə ki, qeyri neft sektoru 3.5% , qeyri neft sənayəsi 14% , kənd təsərüfatı 7% , qeyri neft ixracatı 14% artıb. Ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 50 milyarda çatıb. Ölkə Prezidentinin atdığı addımlar ölkə vətəndaşlarının həyatını yaxşılaşdırılmasına xidmət etdiyi imzalanan fərman və sərəncamlardan da açıq aydın görünür. Bu il sosial islahatlar əmək haqqı, pensiya, sosial müavinət və tələbə təqaüdlərinin artması ilə başladı. Eyni zamanda, problemli kreditlər məsələsi yoluna qoyulmaqla sosial sahədə olan məsələlər kompleks şəklində öz həllini tapdı. Ölkə başçımızın dərin təhliləri üzərində düşünülmüş və atılan addımlar 2019-cu ildə Azərbaycanın uğurlara doğru apardı və 2020-ci ildə də bu uğurlu siyasi kurs davam etdirilərək Azərbaycan xalqının rifah halının yaxşılaşmasına gətirib çıxaracaq".

Bununla yanaşı, millət vəkili 2019-cu ildə də ümummilli dərdimiz olan Qarabağ probleminin sülh və danışıqlar yolu ilə müsbət və ədalətli həllini tapmamasına dərindən təəssüfləndiyini bildirib. Eyni zamanda, 32-ci ili tamam olmaqda olan Ermənistan-Azərbaycan münaqişəsinin hələ də ədalətli həll olumamasında işğalçı, təcavüzkar, faşizmi və terrorizmi dövlət siyasəti çevirən Ermənistanı, onun anti-insani və anti-bəşəri addımlarına göz yummaqda davam edən BMT-ni, ATƏT-i, onun Minsk qrupunu, həmsədr dövlətlətləri və həmsədrləri ittiham edib. Qeyd edib ki, dünya birliyi, BMT, Minsk qrupu və həmsədrlər indiyə qədər bu məsələdə ardıcıl, sərt, barışmaz, obyektiv mövqe nümayiş etdirsəydi, işğalçı ilə işğala məruz qalanı az qala eyniləşdirməsəydi, Ermənistanı haqq etdiyi şəkildə cəzalandırsaydı o zaman fərqli durum olar, münaqişənin həllində müsbət nəticələr özünü göstərər və Azərbaycana qarşı ədalətsizklik, haqsızlıq aradan qaldırılardı.Dövlət başçısı kimi 2019-cu ili Qarabağ münaqişəsinin həllində "itirilmiş il" olaraq  dəyərləndirən millət vəkili bununla belə, 2020-ci ilə ümidlə yanaşdığını, münaqişənin həllində müsbət gözləntilərin özünü doğrulda biləcəyinə inanmaq istədiyini və inandığını bildirib: "Haqq da, hüquq da, ədalət də bizim yanımızdadır, bizim tərəfimizdədir. Qarabağ Azərbaycandır, Azərbaycanındır. Ona görə münaqişə artıq müsbət və ədalətli həllini tapmalıdır. BMT, Minsk qrupu, həmsədrlər artıq söz oyununa, ikili yanaşmalara son qoymalı, Ermənistanı nə yolla olursa-olsun sülhə məcbur etməlidir. Artıq yetər, Azərbaycan xalqının səbri ilə oynamaq olmaz".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31