2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub

2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub

Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təbrikdə nazir  şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara Azərbaycanımızın dövlət müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı naminə çətin və şərəfli xidmətinizdə uğurlar arzulayır.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Müasir hərbi quruculuq prosesində uğurlu islahatların şahidi olmaq, yenilikləri əyani şəkildə müşahidə etmək üçün ordu-cəmiyyət əlaqələrinin daha da genişlənməsinə böyük imkanlar yaradılıb. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu dövlət başçısı cənab İlham Əliyevin  diqqət və qayğısı ilə əhatə olunub.

Nazir həmçinin qeyd edib ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31