Azərbaycanın əldə etdiyi uğurların təməlində nə dayanır? -TƏHLİL

Azərbaycanın əldə etdiyi uğurların təməlində nə dayanır?-TƏHLİL

Azərbaycanın artan iqtisadi gücü və regionda əsas aparıcı qüvvəyə, ölkəyə çevrilməsi onun aktivinə yazılan müsbət qiymətlərin sayını artırır. Əgər 5-10 il əvvəl ölkəmiz keçmiş postsovet məkanına daxil olan respublikalarla müqayisə edilir, bu müqayisədə aparıcı yerlərdən birini tuturdusa, indi artıq dünya ölkələri ilə rəqabət aparır, beynəlxalq aləmdə mövqelərimizi möhkəmləndirir, gücləndiririk. Ötən illər ərzində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumunun tərtib etdiyi hesabatlar, reytinq cədvəllərində Azərbaycanın nəzərə çarpacaq dərəcədə önə keçməsi, bir çox kateqoriyalar üzrə mövqelərini möhkəmləndirməsi fonunda bunu aydın görürük. Onu da qeyd etmək yerinə düşər ki, aktivimizə yazılan hər bir uğur, nailiyyət Azərbaycanı heç də arxayın salmır, bu nailiyyətlərdən ruhlanan ölkəmiz hər ötən il daha ciddi uğurlara imza atır. Necə ki, bu günlərdə beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilən daha bir reytinq göstəricisi kimi. 

Məlumat üçün qeyd edək ki, bu günlərdə Amerikanın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb.

Reytinq Birləşmiş Ştatların ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin "BAV Group и Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Beynəlxalq səviyyədə hazırlanan və dünya ictimaiyyətinin diqqətinə təqdim edilən hər bir hesavatda, reytinq cədvəlində Azərbaycanın üstün mövqelərdə qərarlaşması, ildən-ilə öz yerini daha da möhkəmləndirərək irəliləməsi istər-istəməz belə bir sualı ortaya çıxarır? Azərbaycanın əldə etdiyi uğurları və bu uğurların, nailiyyətlərin təməlində nə dayanır? Birmənalı olaraq bu suala belə cavab vermək olar ki. Azərbaycanın əldə etdiyi uğurların təməlində düzgün idarəçilik və həyata keçirilən uğurlu siyasət dayanır. 1993-cü ildən təməli qoyulan bu siyasət 2003-cü ildən etibarən isə yeni bir mərhələyə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin ötən 16 il ərzində həyata keçirdiyi bu siyasət bilavasitə Azərbaycanın inkişafına, onun tərəqqisinə xidmət edib. Uğurlu daxili siyasət kursu ilə ictimai-siyasi sabitliyin davamlılığını təmin edən Cənab İlham Əliyev ümummilli liderin əsasını qoyduğu iqtisadiyyatı daha da şaxələndirərək  ictimai sabitlik fonunda Azərbaycanın iqtisadi tərəqqisini təmin edib. Məhz qeyd etdiyimiz iki mühüm amilin davamlılığı rəsmi Bakının bir sıra mühüm enerji və nəqliyyat layihələrinin birbaşa təşəbbüskarı və iştirakçısı qismində çıxış etməsinə imkan yaradıb. Ötən illərdə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, eləcə də Cənub Qaz Dəhlizi, Şimal-Cənub Nəqliyyat Dəhlizi, TANAP kimi mühüm qlobal layihələr məhz Azərbaycanın iqtisadi cəıhətdən inkişafına öz müsbət təsirini göstərib. Bu gün dünyada Türkiyəni çıxmaq şərti ilə ikinci bir dövlət yoxdur ki, bu sayda regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olsun. Və, hər bir layihə də uğurla icra edilib öz məntiqi nəticəsinə çatsın. Təbii ki, bütün bunlar da öz növbəsində beynəlxalq təşkilatlar, qurumlar tərəfindən diqqətlə izlənilir, qiymətləndirilir. Bu baxımdan Azərbaycanın hər ötən il beynəlxalq reytinq agentliklərinin hesabatlarına ön sıraları tutması və mövqelərini möhkəmləndirməsi məhz yuxarıda qeyd etdiyimiz amillərlə sıx bağlıdır. 

Yaxud rəsmi Bakının uğurla həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu, eyni zamanda fəal diplomatik gedişləri də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə təsir edir. Dünyanın mütləq əksəriyyət təşkilat və qurumıları ilə qarşılıqlı faydalı əməkdaşlıq quran  ölkəmiz əksər beynəlxalq təşkilatlarda hətta mühüm söz sahibinə çevrilir. Həmin təşkilat və qurumlarda Azərbaycanın mövqeyi birmənalı olaraq müdafiə olunur, ona hörmət edilir.

Burada bir məqamı da diqqətə almaq lazımdır ki, Azərbaycan dövləti və hakimiyyətinin həyata keçirdiyi siyasət və atdığı addımlarda ilk növbədə vətəndaş məfhumu, onun məmnunluğu dayanır. Yəni, həyata keçirilən hər bir siyasət, atılan hər bir addımda vətəndaşın bundan razı qalması əsas prioritet təşkil edir. Ona görə də ölkədə sıx şəkildə, vəhdət halında iqtidar-xalq birliyi mövcuddur və bu vəhdəti heç kimsənin poza bilməsi mümkün deyil. Bu müsbət tendensiya davam etdikcə isə Azərbaycan daha böyük uğur və nailiyyətlərə imza atacaq.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31