Deputatlarımız Özbəkistanda parlament seçkilərini izləyəcəklər
Deputatlarımız Özbəkistanda parlament seçkilərini izləyəcəklər
18 Dekabr 2019 13:40 SiyasətV çağırış Milli Məclisin deputatları sabah Özbəkistana gedirlər. "Olaylar" xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişatı zamanı ölkə vətəndaşlarının fəallığını izləyəcəklər. Səfər dekabrın 24-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31