Spiker: “Parlamentin özünü buraxmaq səlahiyyəti var”

Spiker: “Parlamentin özünü buraxmaq səlahiyyəti var”

Dekabrın ikisində Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Olaylar xəbər verir ki, Milli Məclisin iclasında gündəliyə  parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ daxil edilib.

Milli Məclisin spikeri Oqtay Əsədov iclası açıq elan edərək, ölkədə aparılan köklü islahatlardan danışıb: "Nazirlər Kabinetində və digər orqanlarda aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zəruriətini yaradır. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını təklif ediblər. Parlamentin özünü buraxmaq səlahiyyəti var. Bu gün bu məsələni müzakirə edəcəyik".

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31