“Mehriban Əliyevanın Rusiya səfəri işgüzar səfərlə yanaşı, dostluq prinsiplərinin təzahürüdür” – Şərh
“Mehriban Əliyevanın Rusiya səfəri işgüzar səfərlə yanaşı, dostluq prinsiplərinin təzahürüdür” – Şərh
26 Noyabr 2019 16:40 Siyasət"Ölkəmiz müstəqil dövlət olaraq istər qonşu, istər digər xarici dövlətlərlə sıx əlaqələr saxlayır. Əlaqələrin geniş və sıx olması böyük hədəflərə çatmaqda, eləcədə dünya arenasında tanınmağımıza əsaslı sübutdur. 20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti və hökuməti tərəfindən Rusiyaya dəvət edilmişdir. Birinci xanım Mehriban Əliyevanın səfəri işgüzar səfərlə yanaşı, dostluq prinsiplərinin təzahürüdür. Mehriban xanımın qalib gəlmiş və canını fəda etmiş milyonlarla insanın ruhuna hörməti simvolizasiya edən "naməlum əsgər"in qəbrini ziyarət etməsi Rusiya, eləcədə Böyük Vətən Müharibəsində mübarizə aparmış xalqlara böyük hörmət əlaməti hesab edilir. Vitse Prezident növbəti olaraq Hökumət rəhbəri Dmitri Medmedevlə görüşdə istər ticari, istər iqtisadi, istərsə də turizm əlaqələrindən danışmış, bu əlaqələrin günü gündən daha da sıx şəkildə artığını qeyd etmişdir. Xüsusilə qeyd etmək istərdim ki son 9 ayda ölkəmizlə Rusiya arsındakı ticarət əlaqələri 24% artmışdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
Mehriban xanım ölkəmizdə Rus dilinin və təhsilinin tərənnümü və tədrisindən də söhbət açmışdır. Birinci xanım növbəti olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə təntənəli görüşdə Rusiyanın inkişafından söhbət açmış, dəvət üçün xüsusi təşəkkürlüyünü bildirmişdir. Mehriban xanım Rusiya Prezidenti ilə Azərbaycanın inkişafından, mədəni əlaqələrdən, təhsil əlaqələrindən söhbət açmışdır. Uzun müzakirələrdən sonra Vladimir Putin imzaladığı sərəncama əsasən Mehriban xanıma "DOSTLUQ" ordenini təqdim etmişdir. Ordenlə təltif avqust ayında izalamışdır. Dostluq ordeni ölkəmizlə sıx mədəni, iqtisadi əlaqələrin nəticəsidir. Ölkələr arasındakı geniş prespektivli əlaqələrin dünyaya çatdırılmasıdır bu ordenin təltifi"-deyə, ekspert qeyd edib.
Ə. Miriyev qeyd edib ki, Mehriban xanım müsahibədə əlaqələrlə yanaşı bir sıra məsələlərə də toxunmuşdur: "Mehriban xanım səfər çərçivəsində bir sıra dövlət əhəmiyyətli orqanlarda olmuş və tədbirlərdə iştirak etmişdir. Birinci vitse-prezident Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan "Azərbaycan" pavilyonunun açılış mərasimində iştirak edib. Bununla bağlı xanım pavilyonun daxilində insanların köhnə Bakının küçələrini hiss edəcəyini söyləmişdir. Pavilyonda həm mədəniyyətimiz həmdə milli nemətlərimiz əks olunacaqdır. Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Burada Azərbaycanla əlaqələrin möhkəmlənəsindən, turist axınından və digər məsələlər üzrə müzakirələr aparılmış, dövlət və özəl sektor daxilində bır sıra sənədlər imzalamışdır. Mehriban xanım növbəti olaraq TASS agentliyinə, "Rossiya 24" telekanalına və "Rossiyskaya qazeta"ya müsahibə verib. Müsahibə Rusiya mətbuatında böyük maraq doğurmuşdur. Xanım müsahibədə əlaqələrlə yanaşı bir sıra məsələlərə də toxunmuşdur. Mehriban xanım ölkəmizdə rəhbəri olduğu Heydər Əliyev Fondundan söhbət açmışdır. Birinci xanım fodun müxtəlif sahələrdə atdığı addımlardan, ölkəmizdə və eləcədə hüdudlarda qazandığı nüfuzu da qeyd etmişdir. Bu ölkəmizdə ikişafdan, irəliləyişdən xəbər verir".
Məsələlərdən biri də multikultural dəyərlərdir. Ölkəmizin multikultural dəyərlərindən danışan birinci xanım qeyd etmişdir: Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. "Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması, zənnimcə, təsadüfi deyil, ona görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə səslənən bu cür ismarıcların bütün dünya ictimaiyyətinə çatdırılması vacibdir."