NATO-nun yeni Cənubi Qafqaz siyasəti- MÖVQE

NATO-nun yeni Cənubi Qafqaz siyasəti-MÖVQE

Və regionda toqquşan maraqlar

NATO-nun sürətlə Rusiya sərhədlərinə doğru irəliləməsi Rusiya Federasiyasında  narahatçılığı hər ötən gün bir qədər də artırır. Düzdür, Kreml də öz növbəsində hərbi alyansın sərhədlərinə doğru irəliləməsinə qarşı adekvat addımlar atır, mümkün təhdidləri, təhlükələri önləməyə çalışır. Lakin hərbi alyansın qarşıdakı planda, hətta yaxın perspektivdə Gürcüstanı quruma tamhüquqlu üzv etmək istəyi və müntəzəm olaraq bu ölkədə keçirilən NATO təlimləri Moskvanı ciddi təlaşa salır. Elə bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırması da bir növ NATO təhlükəsi ilə bağlı olub. Təsadüfi deyil ki, əksər ekspertlər də məhz bu cür düşünürlər. Politoloq Məhəmməd Əsədullazadə deyib ki,  Rusiya prezidenti Vladirmir Putinin ötən həftə Təhlükəsizlik Şurasının iclasını keçirməsi və burada verdiyi mesajlar region və qlobal müstəvidə müəyyən problemlərdən xəbər verir. Onun sözlərinə görə, Rusiya Azərbaycanla qonşu ölkədir və Moskvanın atdığı siyasi-hərbi və iqtisadi addımlar Cənubi Qafqaza təsirsiz ötüşmür: "Xüsusilə Moskvanın Qarabağ münaqişəsinin həllində dominant rolunu nəzərə alsaq, Putinin beynəlxaq müstəvidə apardığı siyasət ölkəmizə təsir edən əsas faktordur. Rusiya prezidenti təhlükəsizlik iclasında NATO-nun Şərqə genişlənməsindən, Kosmosun silahlandırılmasından, yeni konfliktlərin ortaya çıxmasından danışdı və Rusiyanın hərtərəfli buna qarşı hazırlaşması göstərişini verdi. Göründüyü kimi, Rusiya nəinki iqtisadi sanksiyalarla geri çəkilir, daha da öz periferiyasını genişləndirmək planına malikdir. Bu arada ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməyəcəyini elan etdi. Qeyd edim ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın genişləndirilməsi və Rusiyaya qarşı dayanıqlı şəkildə mübarizə aparılmasını vurğulamaqla, Moskva ilə daha da dərin problemlərin olacağı mesajını verdi. Putinin Təhlükəsizlik Şurasının iclasını keçirməsi NATO baş katibinin bu açıqlmasından narahatlığının ifadəsi idi. Hazırda NATO Cənubi Qafqazda öz siyasi-hərbi planlarını Gürcüstan üzərindən həyata keçirir. Bundan əlavə, Şərqi Avropa istiqamətindən Rusiya ilə geosiyasi toqquşmadadır. Ona görə də Rusiya çox narahatdır".

Politoloq deyib ki, Gürcüstanda NATO-nun fəaliyyəti Rusiyanın regionumuza qarşı daha da aqressiv siyasət aparmasına gətirib çıxarır: "Rusiyanın bu aqressiv siyasəti birbaşa regionda münaqişlərin həllini dalana dirəyir, sülh imkanlarını sıfıra yaxınlaşdırır. Bu da Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etməsini şərtləndirir. NATO-nun Cənubi Qafqazda rolu burada münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini özündə ehtiva edir. Amma, Rusiyanın burada Ermənistan üzərindən varlığı və aqressiv tonları separatizmin və işğalın davamlılığını artırır, yeni problemlər ortaya çıxarır".  Məhəmməd Əsədullazadə bildirib ki,Putin Təhlükəzilik Şurasının iclasında nəinki sülhə hazırlaşmaq, daha da kəskin siyasət aparılmasını qeyd etdi. Demək, Rusiya yaxın perspektivdə münaqişələrin həlli deyil, daha da idarə edilməsi planına malikdir: "Rusiyanın Azərbaycanın əsas probelmi olan Qarabağ münaqişəsinin həllində vasitəçiliyinə gəldikdə isə, Moskva münaqişənin həllinə bütün variantlarla imkan verməyəcək. Danışıqların manipulyasiyasını həyata keçirəcək. Çünki, beynəlxaq hüquq çərçivəsində konfliktin həlli Moskvanın NATO ilə regionda maraq toqquşması çərçivəsində imkanlarının itirilməsi deməkdir. Rusiya bundan sonra Ermənistana silah verilməsini reallaşdıracaq, münaqişənin həllinə imkan verməyəcək. Bununla paralel Azərbaycanla ona görə əlaqələri inkişaf etdirəcək ki, təsir imkanlarını əlində saxlasın. Göründüyü kimi NATO-nun Cənubi Qafqaz siyasəti ilə pararalel Azərbaycanın Rusiya ilə bu qədər yaxınlaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Çünki. yeni geopolitik çağrışlarda NATO Rusiya geosiyasi toqquşmasında Azərbaycan avrointeqrasiya kursunu həyata keçirməlidir. Qərbin Qarabağ münaqişəsinin həllində dəstəyini tam itirə bilərik. Artıq proseslər Qərbdə Azərbayvcanın lehinədir. Amma bunun əksi yaşana bilər.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31