Azay Quliyev: “Azərbaycan İcmasına ayrılan vəsait artırılmalıdır”

Azay Quliyev: “Azərbaycan İcmasına ayrılan vəsait artırılmalıdır”

"Azərbaycan İcmasına ayrılan vəsait artırılmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. "Hesab edirəm ki, Azərbaycan İcmasına ayrılan vəsait artırılmalıdır. Hazırda icma öz fəaliyyətini xeyli aktivləşdirib. Lakin ayrılan vəsaitə baxsaq, görərik ki, bu vəsait icmanın fəaliyyətini əhatə etmir"-deyə, A.Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, son zamanlar Dağlıq Qarabağdakı separatçı qurumun fəallaşdığını da nəzərə alıb Azərbaycan İcmasına ayrılan vəsaitə yenidən baxmalıyıq: "Bu vəsait ən azı iki dəfə artırılmalıdır. Büdcə layihəsində icmaya cəmi 200 min manat ayrılıb. Lakin vəsaitin artırılması yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31