Moskvada "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" adlı IV elmi -nəzəri konfrans keçiriləcək

Moskvada "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" adlı IV elmi -nəzəri konfrans keçiriləcək

"Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı" bütün türkdilli dövlətlərin və RF türkdilli Respublikaların iştirakı ilə 12 dekabr 2019 cu il tarixində, Moskva şəhərində "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" adlı IV elmi - nəzəri konfrans keçirməyi planlaşdırır. Moskva şəhərində akreditasiya olmuş bütün türkdilli ölkələrin səfirlikləri və o cümlədən RF dakı türkdilli Respublikaların nümayəndəlikləri konfransa dəvət olunacaqdır. Konfransda hər bir məruzəçi təmsil olunduğu dövlətin ən çox tanınmış lideri haqqında çıxış edəcəkdir. Həmin məruzələrin mətni, sonda kitab şəklində təşkilatımız tərəfindən nəşr edilib, pulsuz yayılacaqdır. Konfransın yekununda Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı idarə heyəti üzvlərinin yekdil qərarı ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti cənab Nursultan Nazarbayevin Dünyada sülhün bərqərar olmasında müstəsna xidmətlərinə görə Dünya Nobel sülh mükafatına layiq görülməsi haqda Nobel komitəsinə müraciət qəbul edilməsi nəzərdə tutulur. Bundan başqa tədbirdə təşkilatımızın sifarişi ilə tərcümə edilib, nəşr edilmiş bir sıra kitabların və Leyla Əliyevanın sözlərinə bəstələnmiş rus, qırğız, azərbaycan dillərindəki mahnının təqdimatı keçiriləcəkdir. Qeyd edək ki kitablar Azərbaycanın apardığı xarici siyasətə, Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunub. Bundan başqa bədii ədəbiyyat da təqdimatda öz yerini alacaqdır. Konfransda həmdə "İki Dahi şəxsiyyət..." filminin təqdimatı da nəzərdə tutulur Xatırladaq ki Leyla Əliyevanın "İssık Kul sahilində düşüncələr" şeirinə mahnını Azərbaycan Milli konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə və Qırğızıstan Respublikasının Xalq artisti Kanıkey Eraliyeva yazmışdır.

 Nüsrət Məmmədov

Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqının Prezidenti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31