“Yeni ifrastruktur, layihələr regionlarımıza ayrılan diqqət və qayğının əsas sübutudur” – Şərh

“Yeni ifrastruktur, layihələr regionlarımıza ayrılan diqqət və qayğının əsas sübutudur” – Şərh

"Azərbaycan, onun region və şəhərləri günü-gündən müasirləşir, abadlaşır və inkişaf edir. Məhz bu şəhərlərdən biri kimi Sumqayıt şəhərini xüsusi qeyd edə bilərəm. Abşeron yarımadasanın ayrılmaz hissələrindən biri olan sülh şəhəri ötən günü şəhər statusu almasının 70 illiyini qeyd etdi. Ölkə prezidenti, cənab İlham Əliyev də məhz bu mötəbər tədbirdə iştirak etmişdir. Şəhərin geniş, özünəməxsus tarixi vardır. Şəhər Sovet dövründə böyük bir fəlakətlərlə üzləşmişdir. Xüsusən Sumqayıt hadisələri, erməni qəsbkarlığı buna nümunədir. Sumqayıt sənaye şəhəri olaraq böyük diqqət mərkəzində idi. Lakin fəlakətlər, problemlər Ulu Öndər Heydər Əliyev tərəfindən aradan qaldırılmışdır. 1969-cu ildə Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk anlardan bəri ölkəmizə xüsusi diqqət ayırırdı. Məhz o dövrlərdə, Sumqayıtda ekoloji problemlər mövcud idi. Bu problemlərin aradan qaldırılması üçün Heydər Əliyev Sovet hakimiyyətinə müraciət etmiş, problemin həllinə çalışmışdır. Şəhərdə hava təmizləyiciləri və digər qurğular yerləşdirilsədə, standartlara cavab vermirdi. Cənab Prezident öz nitqində bunlarla bağlı geniş söhbət açmışdır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O bildirib ki, Sumqayıt son dövlərdə xüsusi möhtərəm prezidentin diqqət mərkəzindədir: " Xüsusilə şəhərə yeni rəhbər təyin edildiyindən bəri inkişaf gözə çarpır. Şəhərdə gənclərin inkişafına geniş imkanlar yaradılmışdır. İlham Əliyevin sərəncamı əsasında şəhərdə yeni infrastruktur və layihələr həyata keçirilir. Şəhərdə ölkə başçısının özünün də "Möcüzə" adlandırdığı, keçmiş Bakı Bulvarından böyük, sakinlərin və gənclərin istirahəti, asudə zamanlarını keçirmələri üçün Sumqayıt Bulvarı yenidənqurma əsasında istifadəyə verilmişdir. Cənab Prezidentin nitqi həm Sumqayıtın keçmiş tarixini, həmdə müasir inkişafını tərənnüm edirdi.

Ekspert qeyd edib ki,  məhz, bu dünya ictimaiyyətinə ölkəmizdən region və şəhərlərimizə ayrılan diqqət və qayğının əsaslı sübutudur: "Şəhərdə cənab prezidentin diqqət və qayğısı, şəhər rəhbərinin əməyi saəsində sakinlər və gənclərin inkişafı üçün Möhtəşəm Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, Poeziya evi, Muğam mərkəzi, Nizami adına Kinoteatr tikilib, istifadəyə verilmişdir. Sumqayıt şəhəri yarandığı gün və andan sənaye şəhəri kimi fəaliyyət göstərir. Cənab Prezident nitqində qeyd etmişdir: "Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb." Şəhərdə açılan yeni texnologiya və sənaye mərkəzləri: Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, şəhərin sənaye inkişafından xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31