Ekspert: "“AXC-Müsavat hakimiyyəti”nin xəyanətkar siyasəti nəticəsində Dağlıq Qarabağ işğal altındadır"

"Azərbaycan Prezidentinin Sumqayıt şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlər tamamilə doğrudur. Məhz AXC-Müsavat cütlüyünün yürütdüyü yarıtmaz, xəyanətkar siyasətin nəticəsi olaraq bu gün Dağlıq Qarabağ işğal altındadır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

"Hazırda müxalifət düşərgəsində fəaliyyət göstərərək özlərini günahsız göstərməyə çalışan bir qrup satqının 1992-1993-cü illərdə törətdiyi əməllər tarixin yaddaşından silinməyib, silinməyəcəkdə. Əgər həqiqətən də müstəqillliyimizi qazandığımız ilk ildən etibarən Ulu

Öndər Heydər Əliyev prezident olsa idi bu gün Dağlıq Qarabağ problemi mövcud olmayacaqdı" - deyə, ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31