Cavanşir Feyziyev Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi ilə görüşəcək

Cavanşir Feyziyev Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi ilə görüşəcək

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa  Parlamentində  keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 25-dən 30-na kimi  Fransanın  Strasburq şəhərində səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatımız səfər çərçivəsində Avropa  Parlamentinin 20-yə yaxın üzvü, o cümlədən qurumun Azərbaycan üzrə daimi məruzəçisi  xanım  Jelena  Zovko ilə görüşəcək. Görüşlərdə Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin inkişaf perspektivləri, ikitərəfli əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin rolu haqqında fikir  mübadiləsi  aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31