İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 2019 14:36 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.
Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Şöhrət" ordenli Əməkdar müəllim Ofeliya Babayeva, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış etdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31