Sofiyada növbəti erməni təxribatının qarşısı alınıb
Sofiyada növbəti erməni təxribatının qarşısı alınıb
21 Noyabr 2019 11:36 Siyasət"Bolqarstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Palament Məclisinin Baş Assambleyasının (QDİƏT PM) plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşdü. Ermənistandan olan bir deputat çıxışında "Artsax"da "demokratik seçki" keçirildiyini elan etdi. Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib."Bildirdim ki, heç bir "Artsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daim beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir".