Millət vəkilindən Əli Kərimliyə: “Sənə cəmiyyətdə çaxnaşma yaratmaq, dövləti gücdən salmaq tapşırığı veriblərsə...”
5 Noyabr 2019 13:33 Siyasət"Görün özünü ölkənin baş müxalifətçisi sayan Əli Kərimli nə yazır: "Biz bu dəfə mitinqlərə gücdən düşməmiş, resurslarımızı tam itirməmiş fasilə verdik... Hazırda razılaşdırılmış mitinq potensialımız hətta 19 yanvar ərəfəsində olduğundan da xeyli çoxdur." "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bundan soruşmaq lazımdır ki, söhbət hansı "resurs"dan gedir və "razılaşdırılmış mitinq potensialı" nəmənədir: "Demək, hakimiyyətə iddialı olan normal partiya lideri alternativ proqramlar ortaya qoymalı, hansı komandayla onu reallaşdıracağını açıqlamalı və buna da dayanaraq platforma formalaşdırıb seçkiyə getməlidir. Ən azından özlərinin də örnək kimi göstərdikləri ölkələrdə belədir. Ələbəttə, əgər Kərimlinin məqsədi dağıtmaq yox, qurmaqdırsa, ölkəni indi idarə edənlərdən daha yaxşı idarə etməkdirsə və özünün də belə bir bacarığı varsa. Yox, bunların heç biri yoxdursa, üstəlik də xəyanətkar və bəlli çevrələrə bağlı birisənsə, bağlı olduqaların sənə cəmiyyətdə çaxnaşma yaratmaq, dövləti gücdən salmaq tapşırığı veriblərsə, hətta verməyiblərsə belə etdiklərin buna yönəlibsə, təbii ki, onda alternativ inkişaf proqramı, platforması yerinə xaos "resurs"undan və təfriqəçilik "potensial"ından dəm vuracaqsan".