Yunanıstan prezidenti Qarabağdan danışdı: “Ancaq bu yolla...”

Yunanıstan prezidenti Qarabağdan danışdı: “Ancaq bu yolla...”

"Rəsmi Afina Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir".

Bunu Ermənistana səfərindən əvvəl Yunanıstan Prezidenti Prokopis Pavlopulos deyib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında beynəlxalq vasitəçilik missiyasını dəstəklədiyini diqqətə çatdırıb:

"Yunanıstan ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edir və yalnız beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. Buna görə də ATƏT-in Minsk Qrupunun sülh yolu ilə həll səylərini dəstəkləyirik".

Yunanıstan başçısı bu gün Ermənistana səfər edəcək.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31