Xaricdəki ağalarına üz tutan nökərlər
Xaricdəki ağalarına üz tutan nökərlər
4 Noyabr 2019 18:12 SiyasətBu il oktyabr ayı üçün özlərini ana müxalifət adlandıran AXCP və Milli Şura Bakıda və Respublikamızın digər bölgələrində çoxsaylı etiraz aksiyalarını planlaşdırmışdılar. İndi bütün bunlar arxada qalıb. Ona görə ki, paralel şəkildə Ermənistan və Azərbaycanda müxalifəti önə verərək öz siyasi-iqtisadi maraqlarını təmin etmək istəyən beynəlxalq güclər ölkəmizdən tələb olunan gözləntilərə nail ola bilmədilər. AXCP və Milli Şura isə bu prosesdə olan-qalan nüfuzunu da zibil qabına atmaq zorunda qaldı. Bu dəfə nüfuz məsələsi pərdəsinin arxasında gizlənmək üçün öz tərəfdarlarını xaricə göndərmək və beynəlxalq təşkilatlarla görüşərək Azərbaycana çamur atmaq taktikasına üz tutublar.
.jpg)
Milli Şuranın təmsilçisi statusunda Cəmil Həsənli ABŞ-a səfərə çıxıb. Sanki kabare musiqiçiləri kimi bu turnedən cibidolu geri dönməyin yollarını arayır. Ancaq bu dəfə nə Əli Kərimli, nə də Cəmil Həsənli beynəlxalq təşkilatlardan aldıqları qrantları çox asanlıqla həzm-rabedən keçirə bilməyəcəklər. Çünki yeni "şəriklər"i peyda olublar. Bu, Sevinc Osmanqızı, Ələkbər Raufoğlu, Ramis Yunus və digərlərindən ibarət olan çetedir.
Avropada gecə-gündüz Azərbaycan hakimiyyətinə qarşı çamur atan, AND-nin (Azərbaycan Naminə Demokratiya) çətiri altında gizlənmiş Arif Məmmədov, Qənimət Zahid və digərlərinin adlarını sadalasaq çox böyük bir rəqəm alınar. Cəmil Həsənli cidd-cəhdlə ABŞ-da "Amnesty İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya departamenti və "Vaşinqton Milli Mətbuat Klubu"nun rəhbərliyi ilə görüşlərdə yeni qrant layihələrinin müzakirəsini aparmaqdadır. AND-ni təmsil edən kiçik bir qrup Almaniyanın paytaxtı Berlində piket keçirərək "biz də varıq" mesajını Vaşinqtonda səfərdə olan Cəmil Həsənliyə bir ismarıc da göndərməyi unutmadılar. Professor Cəmil Həsənli ən azından "127 siyasi məhbus"un hüquqlarının qorunması adına yeni qrant almaq üçün dəridən-qabıqdan çıxmaqdadır. Halbuki həmin məhbuslardan 65 nəfəri Azərbaycanda mövcud Konstitusiyanın dəyişdirilərək ölkədə "şəriət dövləti" qurmaq təşəbbüsü ilə radikal dini qruplaşmaların üzvləridirlər. Bundan əlavə jurnalist və bloger adına tutulanların "reket
jurnalistika"nın üzvləri olduqlarını isə mümkün qədər gizli saxlamağa çalışılır. Hazırda istintaqı gedən və xarici dövlətlərdən birinə cəsusluqda ittiham olunan, heç bir ali təhsili olmayan və özünü jurnalist, sayt rəhbəri kimi tanıtmağa nail olmuş birisinin, yəni Polad Aslanovun hüquqlarının müdafiəsi sahəsində daha çox canfəşanlıq etməsini isə, heç başa düşmək olmur.
Effekti olmayan Vaşinqton müzakirələri
ABŞ-ın paytaxtı Vaşinqtonda Sevinc Osmanqızı, Cəmil Həsənli, Ramis Yunus, Ələkbər Raufoğlu və digərləri bir araya gələrək hansısa bir ofisdə oturub müzakirələr aparıblar. İndi həmin tədbirlə bağlı fotolar yaymaq, video-süjetləri gündəmə gətirməklə guya orada demokratiya naminə əzəmətli tədbirlər keçirdiklərini nümayiş etdirməkdən utanmırlar.
Əslində Vaşinqton toplantısına ABŞ-a məxsus fondlardan pul dilənmək üçün qatılıblar. Çünki sosial şəbəkələrdə, internet tv kanallarında Azərbaycan hakimiyyətinə qarşı çamur atmaq üçün növbəti il üçün pul lazımdır. Ancaq erməni fondlarının qarşısında duran əsas məsələ AXCP və Milli Şura Azərbaycanda etnik separatçıları, radikal dinçiləri və digər antidövlət ünsürləri müdafiəı etmək öhdəçiliyidir. Ötən bir il ərzində AXCP və Milli Şuranın fəaliyyətlərini diqqətlə təhlil etdikdə erməni fondlarının onların qarşısına qoyduqları şərtlərə tamamilə əməl olundudğunu görürük. "Nardaran məhbusları" və "Gəncə məhbusları" adlı dosyeni diqqətlə təhlil etdikdə görürük ki, onların əzabkeş obrazlarını yaratmaqla Qərbdəki bir çox insan haqları institutlarını belə aldadıblar. Çünki həmin siyahını AXCP və Milli Şura birlikdə hazırlayıblar. Hər iki qurumun indiki sosial bazasında daha çox dini radikalizmi müdafiə edənlər təmsil olunurlar. Apardığımız müşahidələrə görə, Sevinc Osmanqızı, Ələkbər Raufoğlu, Ramis Yunus və Cəmil Həsənli qruplaşması israrla ABŞ-dakı bir çox fondlardan növbəti il üçün qrantlar almaqda israrlıdırlar.
.gif)
2 noyabr qanunsuz mitinqin fiaskosu
19 oktyabr tarixində paytaxt Bakının 28 May metrosunun yaxınlığındakı Cəfər Cabbarlı Meydanında qanunsuz olaraq aksiya keçirən AXCP və Milli Şuranın təşəbbüsləri demək olar ki, məğlubiyyətlə nəticələndi. Ona görə ki, bu gün istənilən normal insan ölkəmizdə nələrin baş verdiyini çox asanlıqla görə və dərk edə bilir. Bunun üçün yaşadığı mühitin və sosial-iqtisadi və digər sahələrdə baş verən inkişafın canlı şahidirdirlər. Prezident İlham Əliyev və onun hakimiyyətdə təmsil olunan komandası islahatçı təfəkkürlə yeni prosesləri gündəmə gətiriblər. Bu gün Azərbaycan, eləcə də paytaxt Bakı 30 il bundan öncəkindən min dəfələrlə fərqlənir. Yeni xəstəxanaların, məktəblərin, sosial obyektlərin və digər inşa olunan dövlət əhəmiyyətli binaların hər biri vətəndaşların xidmətində durur. "Asan Xidmət" sektoruu faktiki olaraq rüşvətxorluğun qarşısının alınmasında inqilabi bir iş deməkdir. Ona görə də AXCP və Milli Şura kimi müxalif çevrələrin ardınca gedənlərin və onlara inanların sayı azalmaqdadır. 19 oktyabr tarixində baş vermiş kiçik masştablı ixtişaş əslində xaricdən idarə olunan və qrant layihələri əsasında özlərinə həyat norması yaratmış azsaylı qruplar idilər. Kütləvi şəkildə əhali tərəfindən də müdafiə olunmadılar. Ancaq siyasi cığallıq eqosundan geri çəkilmək istəməyən AXCP sədri Əli Kərimli 2 noyanr tarixində yenidən aksiyaların davam edəcəyinə açıq şəkildə işarə vurdu. Bu dəfə isə, özü bu aksiyanı boykot etdi. Çünki, fiaskonun nə demək olduğunu özü də yaxşı dərk edir.
Ə. Yusifoğlu