Xalq radikal qüvvələrə etimad göstərmir
Xalq radikal qüvvələrə etimad göstərmir
4 Noyabr 2019 14:47 Siyasət"Dağıdıcı müxalifət qüvvələri hər dəfə seçki öncəsi proseslərdə xoşagəlməz, qanunazidd və iyrənc hərəkətləri ilə yadda qalır, həlledici məqamda - seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır. hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar. hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Şəmsəddin Hacıyev səsləndirib. O, qeyd edib ki, bu dəfəki cəhdləri ilə onların hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər: "Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsində olmasına baxmayaraq, dırnaqarası müxalifətçilər hələ də anlamırlar ki, bu Prezident və ya parlament seçkiləri deyil, bir kəlmə də olsun bələdiyyə seçkilərindən danışmırlar, namizədlərini irəli sürmürlər. Bütün seçkilərdə olduğu kimi konstruktiv platforma ilə deyil, özlərinə xas eyni şablon şüarlarla, əsassız və cəfəng fikirlərlə çıxış edirlər. Lakin dərk etmirlər ki, nə bugünkü müstəqil, azad, demokratik və qüdrətli Azərbaycan dövləti doxsanıncı illərin Azərbaycanıdır, nə də o illərdə hakimiyyəti zorla ələ keçirən Xalq Cəbhəsi-Müsavat cütlüyünün səriştəsiz, rüsvayçı və xəyanətkar fəaliyyəti nəticəsində böyük bəlalara və vətəndaş qarşıdurmalarına düçar olmuş xalqımız, həmin xalqdır. Azərbaycan xalqı müdrük xalq olaraq hər zaman yaxşını pisdən, ağı qaradan çox gözəl seçmək qabiliyyətinə malikdir. Son dövrdə aparılan sosial sorğular təsdiq edir ki, Azərbaycan xalqı bu qüvvələrə qətiyyən etimad etmir. Ölkə başçımız, partiyamızın Lideri cənab İlham Əliyevin reytinqi cəmiyyətdə 93%-dən də yüksəkdir".