Türkmənistan spikeri ölkəmizə səfərə gəlir

Türkmənistan  parlamentinin sədri bu gün Bakıya gəlir. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Türkmənistanın spikeri Gülşət Məmmədova Bakıda bir sıra görüşlər keçirəcək.Səfər Azərbaycan tərəfinin dəvətilə baş tutub. Səfər çərçivəsində qanunvericilik və parlamentlərarası əməkdaşlığın inkişafı sahəsində təcrübə mübadiləsi üçün bəzi tədbirlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub. Milli Məclisin sədri ilə görüş, ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31