19 oktyabr aksiyası nokdaun-zərbə idi- ŞƏRH
19 oktyabr aksiyası nokdaun-zərbə idi-ŞƏRH
4 Noyabr 2019 13:55 Siyasətİlqar Altay: "Keçmiş səhvlərdən nəticə çıxarıb, illərlə nəticəsizlikdən prinsiplərə hopmuş stereotiplər silkələnib, kənara atılmalıdır"
Azərbaycan müxalifətinin radikal siyasi qanadının fəaliyyət istiqamətləri, ideya, mübarizə üsullarının yalnış, səhv olması barədə illərdir ki, müxtəlif fikirlər səsləndirilir, bu düşərgəyə daha sivil mübarizə aparmağa çağırışlar edilir. Lakin təəssüflər olsun ki, hələ də radikallar 88-90-cı illərin Meydan eyforiyasından, çayxana, küçə mübarizəsindən ayrıla bilmir, siyasi proseslərlə müasir dövrün, sivil dünyanın tələblərinə uyğun şəkildə məşğul olmurlar. Artıq 30 ilə yaxındır ki, eyni tendensiyanı müşahidə edirik. Son həftələrdə radikal siyasi düşərgənin təmsil olunduğu "Milli Şura" adlı qurumun paytaxtda ictimai asayişi pozmaq zəminində keçirmək istədiyi etiraz aksiyası da bunu bir daha sübuta yetirdi. Məsələ ondadır ki, radikal siyasi düşərgənin ictimai asayişi pozmaq zəminində keçirməyə cəhd göstərdiyi etiraz aksiyaları cəmiyyətin mütləq əksəriyyəti tərəfindən pislənilir, etiraz edilir. Hətta bir vaxtlar onlarla eyni düşərgəni təmsil edənlər də bu gün radikal siyasi düşərgənin bu kimi cəhdlərini tənqid edirlər. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da bu qənaətdədir. O, bildirib ki, hər zaman virtual və sosial şəbəkə siyasətinin real həyata daşınmasının, eləcə də sivil qanuni mitinqlərin tərəfdarı olub: "Lakin, bu son mitinq qərarlarını süni, yanlış və çox qəzalı gördüm. Bir neçə yazı ilə qəti əksinə çıxdım. Ancaq təəssüflər olsun ki, başa düşülməz qarşılandım. Siyasətin nəyi, nə zaman, harda və necə etmək bilgi bacarığı, elmi olduğunu xatırlatdım. Dedim ki, bu dəfə qatar artıq gedib, bu aktivlik, gərək ki vaxtında, keçən il, seçki dövründə ediləydi. İndi, iqtidarla pozuluşub və müxalifətə impuls verən xarici dairələr də, o vaxt hakimiyyətlə oyunlara girib müxalifət yönlü riyakar mövqe tutmayaydı. Bildirdim ki, artıq gecdir. Qarşıdurma müxalifət üçün agır ziyanlı olar, hakimiyyət son dövrlərdə xeyli güclənib və əminləşib. Müvafiq fürsət axtarır ki, müxalifətə sərt təsirli zərbə vurub gözünü qorxudub, ruhunu sındırsın. Özünü güc sahibi kimi göstərsin. Hər şeyin öz yeri, vaxtı var".
İlqar Altay deyib ki, bu, xeyirxah tənqidli və xəbərdarlıqlı fikirləri bir sıra digər ictimai insanlar, aydınlar da bildirdilər: "Ancaq "bizi ruhdan salmayın, əhvalımızı, gündəmimizi dəyişməyin", "kənara çəkilin və qələbə bizimdir!" kimi inad və qeyri-real, eyforik əhval üstün gəldi. Nəticədə 19 oktyabr mitinqinə gedildi. Bir neçə, Pərvanə tipli nümayəndələri istisna olmaqla xalq mitinqə kütləvi dəstək vermədi. Müxalifət düşərgəsi, partiyalar qoşulmadı. Mitinqə cəhd edənlərin nizamsızlıq sistemsizliyi, nəticəsi də sarsıntılı zərbə. Həm təşkilata, həm də xüsusilə də onun liderinə reablitasiyası çətin (bəlkə də mümkünsüz) emosional-sinirli zərbə. Elə şok effektli ki, yenə reallıq hissini dondurub, bu hadisənin uğur olması, beynəlxalq aləmin və xalqın ayağa qalxma və iqtidarın da qorxub, geri çəkilməsi illuziyası yaratdı. Yenə eyforiya, yenə yeni qarşıdurma mitinqinə qərar verilmə səhvi. Yenə yazdım ki, 19-u uğur yox, nokdaun-zərbədi və bir müddət çəkilib reablitasiyaya ehtiyac var, bunun davamı birmənalı yeni, daha ağır qəzadır. Bu dəfə artıq nokaut, yəni ki, hər şey bitmiş olar. Heç nə yox, liderini uzun müddət həbsə atarlar, təşkilat isə bitər. Hərəkat, Şura da bitər. Həmçinin liderin özü də uzun illər sinir-əsəb sistemi zəifləyib, son zərbədən də ən sarsılmış haldakı həbsi ruhən müqavimətsiz faciəvi bitər. Yenə, liderlərinin prosesi yox, prosesin liderləri idarə etməsi kimi, vətəndaş qarşıdurması yolu seçilirdi. Və son an, kənar impuls geri çəkildi, ya sağlam real düşünülüb-daşınıldı, qarşıdakı sərt təhlükəni anlayıb, mitinq-qərarı ləğv edib yanlışı düzəltdilər. Axırda, neçə gün süngüylə, düşmən kimi qarşıladıqları yazılarıma, fikirlərimə gəldilər".
İlqar Altay onu da vurğulayıb ki, gec də olsa, havayı zərbə-sarsıntıdan sonra da olsa, təqdiredici qərardır: "Məncə, keçmiş səhvlərdən nəticə çıxarıb, illərlə nəticəsizlikdən prinsiplərə hopmuş stereotiplər silkələnib, kənara atılmalı, təşkilat və hərəkat yeni reformada qurulmalıdır. Görünür, 2000-ci ildən bəri yol fəsadlı, səhv gedilib. Ümumi müxalifət düşərgəsinə açıq olub birlikdə irəli gedilməli, iqtidarla sivil rəqabət aparıb, onu bütün, mənfi-müsbət tərəfləri ilə həyatın reallığı kimi qəbul edib təmasa, dialoqa gedilməlidir. Və ən əsası ümid və dəstək yeri kimi harasa uzağa, kənara yox, daxilə, xalqa üz tutulmalı, insanlarla, camaatla işləməli, xalqla təmaslar qurulmalıdır. Bunlar olmasa, yenə yolunuz məğlubiyyətdir və bu dəfə sonu iflasdır".
S.İsmayılbəyli
Olaylar.az