Sosial bazası tükənmiş müxalifət mitinqi təxirə salmaq zorunda qaldı
Sosial bazası tükənmiş müxalifət mitinqi təxirə salmaq zorunda qaldı
1 Noyabr 2019 14:43 SiyasətXalq İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını dəstəkləyir
Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şuranın birgə keçirməyə cəhd etdiyi 19 oktyabr mitinqi son illərdə müxalifət düşərgəsinə vurulun ən böyük zərbə kimi dəyərləndirilir. Gətirilən arqument ondan ibarətdir ki, şəhərin mərkəzində keçirilməsi nəzrdə tutulan mitinq insnların ən çox hərəkət etdiyi məkana təsadüf etməsinə baxmayaraq, aksiya təşkilatçıları cəmiyyətdən yetərincə dəstək ala bilmədilər, bununla da müxalifətin sosial bazasının sıfıra bərabər olduğunu çılpaqlığı ilə ortaya qoydular. Hesab olunur ki, 19 oktyabr aksiyası müxalifətin onurğa sütununu sındırıb. Elə bu səbədən də sözügedən mitinqin keçirilmə vaxtı, eləcə də aksiyada işirakçıların tərkibi müxalifət düşərgəsində əməlli-başlı qarşıdurmaya səbəb olub, hazırda da qarşılıqlı ittihamlar müşahidə olunmaqdadır. Müxalifət təmsilçiləri mitinqin vaxtının düzgün seçilməməsi, eləcə də aksiyaya qatılan insanların sayının kifayət qədər az olduğunu əsas gətirərək onun heç bir təsir imkanına malik olmadığını bəyan ediblər. Artıq media orqanları və sosial şəbəkələrdə AXCP lideri Əli Kərimli ciddi tənqid olunmaqdadır. Sanki yaranmış fürsəti əldən vermək istəməyən müxalifət nümayəndələri söz davasına çıxıblar.
Müxalifət düşərgəsində yaranan mənzərə deməyə əsas verir ki, radikal müxalifətin noyabrın 2-nə təyin edilmiş qanunsuz aksiyanı keçirməkdən imtina etməsini təsadüfi hesab etmək olmaz. Qətiyyətlə demək olar ki, "Milli şura" adlanan qurumun noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi bu qurumun legitim olmaması və aksiyanın əhali tərəfindən dəstəklənməməsidir.19 oktyabr aksiyası bir daha göstərdi ki, müxalifətin mövqeyi cəmiyyət tərəfindən dəstəklənmir, elə bu səbədən də mitinqlərdə iştirak etməkdə maraqlı deyillər. Bunu çox yaxşı dərk edən müxalifət qəsdən aksiyaların müvafiq icra hakimiyyətinn təklif etdiyi yerlərdə deyil, məhz əhalinin daha gur olduğu ərazidə keçirməyə cəhd edir. Daha doğrusu müxalifət heç bir potensialı olmadığını dərk etdiyinə görə, paytaxtın mərkəzində aksiya təşkil etməklə kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratmağa çalışır. Ancaq heç bir halda inandırıcı deyil ki, xalq iç üzü açılmış, xaricdəki antiAzərbaycan qüvvələrin əlində vasitəyə çevrilmiş müxalifətin yanında olsun. Hələ gözləniləndir ki, müxalifət liderləri tərəfindən təhqirə məruz qalmış xalq birdəfələik radikal müxalifəti siyasi səhnədən silmiş olsun. Ona görə ki, radikal müxalifət başçıları xalqı "rejimin eksperiment dovşanı" adlandırır, özləri isə insanlardan "eksperiment dovşanı" kimi istifadə edir, cəmiyyətdə aranı qızışdırır və vətəndaşları qanunun tələblərini pozmağa çağırırlar. Lakin onlar özləri əməllərinə görə məsuliyyət daşımağa hazır deyillər. Əksinə, özlərini haqlı çıxarmaqdan ötrü bütün mümkün vasitələrdən istifadəyə start veriblər. Buna baxmayaraq, radikal müxalifətin oktyabrın 19-da keçirilmiş aksiyanın iflasından sonra guya hakimiyyətin qanunları pozması, mitinqin təşkilatçıları və iştirakçılarına qarşı "repressiv metodlardan" istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri heç bir nəticə vermədi.Ötən 10 gündən artıq müddətdə sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Müxalifətin sosial şəbəkələrdə apardığı rəy sorğuları göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir. Təsəvvür edin, sosial şəbəkələr vasitəsilə aksiyaya gələnlərin soyuq silahla silahlanmasını təkid edən siyasi qurumun ictimaiyyət tərəfindən dəstəklənməsi mümkündürmü? Yeri gəlmişkən onu da xatırladaq ki, müxalifət nəinki iqtidara, eləcə də bu dövlətə, bu xalqa qarşı qisas hissi ilə yaşayır. Eynən illər öncə müxalifət liderlərinin xalqa qarşı səsləndirdikləri aqressiv fikirləri onların ardıcılları sözbəsöz təkrarlamaqdadırlar. Eyni ideologiya, eyni mübarizə taktikası əslində müxalifətin xalqa və dövlətə qarşı münasibətinin dəyişmədiyini açıq şəkildə ortaya qoyur. Odur ki, Azərbaycan xalqı radikal müxalifət başçılarının və onların yaxın ətrafının sosial şəbəkələrdə apardığı çirkin təbliğatın reallığa uyğun olmadığını aydın görür və bu iddialara artıq heç bir əhəmiyyət vermir. Başqa sözlə, vətəndaşlar bir qrup radikalın siyasi ambisiyasının reallaşdırılmasında vasitə olmaq istəmir, onların irəli sürdüyü təşəbbüs və ideyaları dəstəkləmir, bu iddiaların ölkənin inkişafı yolunda təhlükə kimi qiymətləndirirlər. Vətəndaşlar Azərbaycan Prezidentinin insanların problemlərinə həssas münasibətini, onların həlli istiqamətində operativ tədbirlər görüldüyünü, istək və arzularının qarşılandığını görür, buna görə də hər hansı məsələnin həlli üçün radikal metodları məqbul saymır və bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəkləmirlər. Birmənalı şəkildə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkənin və hər bir vətəndaşın həyatında inqilabi dəyişikliklərə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, həyata keçirilən siyasətin alternativi yoxdur. Onlar ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin, dinamik inkişaf tendensiyasının pozulmasına səbəb ola biləcək radikal təşəbbüslərə qarşı açıq çıxış edirlər. Vətəndaşlar sosial sahədə atılan inqilabi addımları yüksək qiymətləndirir, həyata keçirilən islahatların perspektivinə inanır və Azərbaycan Prezidentinin müəllifi olduğu bütün təşəbbüslərə öz dəstəyini ifadə edirlər. Xüsusən, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan gənclər Azərbaycan gəncləri ölkədə gedən inkişaf prosesinin fəal iştirakçılarıdır, onlar üçün yaradılmış geniş imkanlardan tam bəhrələnə bilir, cəmiyyət həyatının bütün sahələrində iştirak edir və öz potensiallarını reallaşdırmağı bacarırlar. Gənclər radikal müxalifət başçılarının onların potensialından öz məqsədləri üçün istifadə etmək istədiyini aydın dərk edir və buna görə də onların siyasi oyunlarına qoşulmurlar. Müxalifət məhz mövcud mənzərəni aydın şəkildə gördüyündən "mitinq şousu" nu təxirə salmaq məcburiyyətində qalıb.
Nurlan
Olaylar.az