Azərbaycan və Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərəfdaşdırlar- Şərh

Azərbaycan və Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərəfdaşdırlar-Şərh

Avropadakı antiAzərbaycan dairələrin maraqlarına xidmət edən, oradakı ağalarına arxalanaraq ölkədə ictimai-siyasi sabitliyi pozmağa, Azərbaycanda xaos yaratmağa çalışan radikal siyasi düşərgəyə elə Avropanın özündən ötürülən mesaj onları məyus duruma saldı. 19 oktyabr mitinqinə cəhd və paytaxt Bakıda ictimai asayişi pozmağa yönəlik fəaliyyətlərdən ruhlanan Əli Kərimli və onun yaxın ətrafı noyabrın 2-nə yenidən icazəsiz mitinq təyin etsə də, xaosçuların planları baş tutmadı. Qoca qitədən, onun nüfuzlu təşkilatlarından Kərimliyə ünvanlanmış "Azərbaycanda, paytaxt Bakıda qarşıdurmaların baş verməsini istəmirik" kimi mesajı radikalların noyabrın 2-nə təyin etdikləri mitinqi təxirə salmasına səbəb oldu.

Əslində bu bir tərəfdən radikal siyasi düşərgəyə heç bir xarici dəstəyin olmayacağı anlamı verirdisə, digər tərəfdən Avropadan Azərbaycan dövlətinə yönəlmiş dəstəyin təsdiqi idi. Daha dəqiq desək, Azərbaycan hakimiyyətinin, şəxsən prezident İlham Əliyevin son vaxtlar həyatımızın bütün sahələrində həyata keçirdiyi məqsədyönlü islahatlar təkcə Azərbaycan cəmiyyətində deyil, eləcə də ölkədən kənarda diqqətlə izlənilib və təqdir olunub. Eyni zamanda Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu da beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir və regionda Azərbaycanla, mövcud hakimiyyətlə əməkdaşlığa daha çox üstünlük verilir. Elə ekspertlər də hesab edirlər ki, bütün bu yanaşma və diqqət məhz Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət kursu ilə əlaqədardır. Millət vəkili Elman Nəsirov da məsələyə münasibətində deyib ki, Prezident Ilham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müstəqildir və milli maraqlara söykənir. Onun sözlərinə görə, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir: "Bu xüsusda Azərbaycan Respublikasının dünyanın mühüm iqtisadi güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə ardıcıl və dinamik siyasi kursa malikdir. 1996-cu ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi hesabına imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş "Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi", habelə sonrakı mərhələdə paraflanmış "Avropa Qonşuluq Siyasəti" və "Şərq Tərəşdaşlığı" təşəbbüsüləri nəticə etibarilə ikitəfli əlaqələrimizin səviyyəsinin daha da yüksəlməsi mənafeyinə xidmət göstərib. Bunun sayəsində ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, qanunvericilik və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün olduqca vacib hüquqi-normativ baza formalaşıb. Təkcə bircə fakti qeyd edək ki, 2013-cü ildən indiyədək Avropa İttifaqının Azərbaycana birbaşa xarici investisiyaları €4.7 milyard avroya çatıb. Yaxın perspektivdə yeni nəsil əməkdaşlıq sənədi hesab olunan hərtərəfli "Strateji Tərəfdaşlıq Sazişi"nin imzalanması gözlənilir. Nəticədə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyi şübhə doğurmur. Heç kəsə sirr deyildir ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yeni və alternativ enerji mənbəyi statusuna yuksəlib. Avropanın dəyəri 40 milyard dollar olmaqla meqa layihəsi hesab edilən "Cənub Qaz Dəhlizi"nin təşəbbüskarı və təchizatçısı məhz Azərbaycan Respublikasıdır. Başqa sözlə, həm Azərbaycan, həm də Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərafdaşdırlar". Millət vəkili təəssüf hissi ilə qeyd edib ki. təşkilat çərçivəsində qarşılıqlı münasibətlərimizin bugünkü artan dinamikasına və daha yüksək perspektivlərini xələ gətirmək, ziyan vurmaq istəyən müəyyən siyasi dairələr də yox deyildir: "Həmin dairələr ilk növbədə beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə məhəl qoymur, olkəmizə qarşı münasibətlərimizn səviyyəsinə yaraşmayan və ona zərbə vuran bir davranış ortaya qoyurlar. Həmin dairələr arasında Avropa Parlamenti ənənəvi olaraq neqativ fəallığı ilə seçilə bilib. Xüsusilə, 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı məhz "ikili standartlar"dan qaynaqlanan qərəzli və qeyri-obyektiv mövqeyi bir il müddətində əlaqələrimizin kəsilməsinə səbəb olub. 2016-ci ilin payızından başlayaraq münasibətlərin bərpa olunması prosesi Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini kəskin tənqid etdikdən və qarşı tərəfin öz səhvlərini başa düşdüklərini və onlardan nəticə çıxaracaqlarını etiraf etdikdən sonra baş tutdu. Görünür, Avropa İttifaqının tərkibində bu reallıqla barışmayan anti-Azərbaycan siyasi qruplaşmalar məqam axtarır və ya onu süni olaraq yetişdirirlər ki, ölkəmizə qarşı təzyiq elementlərini işə salsınlar. Onların qərəzli canfəşanlığı radikal müxalifətin 19 oktyabr tarixində metronun şəhərin mərkəsində-"28 may" metrosu ətrafında keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiyaya verdiyi reaksiyada da özünü biruzə verdi. Radikal kəsimin bu antikonstitusion aksiyası öz məntiqi sonluğuna-fiaskoya uğrasa da, Avropa İttifaqının bir sıra təmsilçilərinin müəmmalı davaranışı haqlı olaraq çoxsaylı suallar dögurdu. Xüsusilə guya ki, polisin mitinq iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq etməsi və s. bu kimi ittihamlar həqiqəti nəinki əks etdirmir, həm də heç bir tənqidə dözmür. Maraqlıdır, Avropa İttifaqı nəyə görə öz burnunun ucunda-İspaniyada, Kataloniyada polisin nümayiş iştirakçılarına qarşı şiddətli davranışı və qeyri-adekvat güc tətbiq edərək dinc əhaliyə qarşı rezin güllələrdən istifadə etməsi kimi hallara göz yumur? Hansı səbəbdən Avropa İttifaqı Fransada "Sari jiletlilər" hərəkatında 11 nəfər dinc vətəndaşın polis tərəfindən qətli və onlara qarşı amansız davranışa görə rəsmi Parisə öz etirazını bildirmir? Bu nə selektiv yanaşmadır? Bu nə " ikili standart"lardır?

Elman Nəsirov deyib ki, radikal müxalifət 2 noyabr tarixində də "19 oktyabr ssenarisi"ni təkrarlamaq istəyində idi: "Bakı şəhər İcra Hakimiyyəti onların mitinqi üçün icazə vermişdi. Bakı şəhərinin ərazi baxımından 51 faizini təkil edən, yəni ən böyük rayonu ərazisində-Qaradağda müvafiq yer ayırıb. Ancaq radikallar yenə qanunun imkan vermədiyi ərazidə mitinq keçirməkdə israrlı idilər. Bu, davranışın bir adı vardır-təxribat! Onlar polisin ictimai asayişin keşiyində dayanıb, radikal kəsimin qanunazidd addımlarına imkan verməyəcəklərinə 100 faiz əmindirlər. Deməli, onlara iğtişaş, toqquşma, qarşıdurma mühiti lazımdır. Sonra isə dünyay car çəksinlər ki, "Vaveyla, azadlığımız əldən getdi. Bizə kömək edin!" Onlar üçün "azadlıq" xaos və anarxiya sözlərinin sinonimi statusuna enib. Özü-özlüyündə böyük bəşəri dəyəri hifz edən "Azadlıq" ifadəsi, hakimiyyət hərisi olan radikal müxalifətin davranışında cılızlaşdırılıb, kiçilib və aşağılanıb. Təəssüf... Hələ bu az imiş kimi, radikal müxalifətin vahid lideri olmaq arzusu ilə alışıb-yanan Əli Kərimli oktyabrln 29-da, yəni növbəti qeyri-qanunu aksiyaları öncəsi Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşüb ondan xeyir-dua aldığı ilə bağlı "ağ yalanı"nı tirajlayır. Bununla bağlı öz feysbuk səhifəsində iddia edir ki, Avropa İttifaqı hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. Onun iddiasına görə, Avropa İttifaqı həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır. Ən son məlumata görə, oktyabrın 31-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Əli Kərimlinin yaydığı saxta məlumatları təkzib edən bir bəyanat verib. Bəyantda xüsusi olaraq vurğulanır ki, "Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir." "Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir. Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik". Necə deyərlər, Əli Kərimlinin yalanı bir el misalında deyildiyi kimi, heç 40 gün çəkmədi ki, ifşa olundu".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31