Ermənistanın işğalçı siyasəti Qoşulmama Hərəkatı tərəfindən tanındı- RƏYLƏR

Ermənistanın işğalçı siyasəti Qoşulmama Hərəkatı tərəfindən tanındı-RƏYLƏR

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni imkanlar əldə etdi

Azərbaycanın əldə etdiyi diplomatik uğurlar sözün həqiqi mənasında Ermənistanın rahatlığını pozub. Gah Avropaya, gah da Rusiyaya sığnmağa can atan işğalçı dövlət hələ də himayədar axtarışlarını davam etdirməkdədir. Azərbaycan isə həyata keçirdiyi müstəqil xarici siyasətinin uğurlu nəticələrini sıralamaqdadır. Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi və sədrlik etməsi, qəbul olunan sənədlərdə ölkəmizin maraqlarının əksini tapması həmin nümunələrdən biridir. Əvvala qeyd edək ki, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq etdi. Belə ki, bu mövqe bundan öncə də Qoşulmama Hərəkatının münaqişə ilə bağlı mövcud olan "münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyi" çağırışını təkrar edərək, bu məsələdə daha irəli addım atıldı və "güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanır və təsdiq edilir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək" müddəası yekdilliklə qəbul edildi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum dörd qətnamələrində Azərbaycan ərazilərinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması ilə bağlı əks olunan mövqe, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrə əlavə olaraq, Ermənistanın siyasətinin işğalçı mahiyyəti növbəti dəfə və dünya ictimaiyyətinin üçdəikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanındı. Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki,Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi və sədrlik etməsi bir sənədlə yekunlaşmır. Hərəkata sədrliyin 3il  müddətində Azərbaycana həvalə edilməsi nəticəsində ölkəmiz bu dövrdə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını gündəmdə saxlayacaq. A. Mollazadə bildirib ki, bu müddət ərzində Azərbaycan BMT-də, ATƏT və eləcə  də digər təşkilatlarda məhz hüququn aliliyini müdafiə edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini gündəmə gətirəcək. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının əsas prinsipləri bütün dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi, hüququn aliliyinin qorunması, kiçik ölkələrin böyük ölkələr qarşısında hüquqlarının təmin olunmasıdır: "Azərbaycan da məhz bu amilləri əsas götürərək, ölkəmiz üçün də zəruri olan məsələləri beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq. Hesab edirəm ki, ölkəmiz bu fürsətdən uğurla istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni sənədlərin qəbuluna nail olacaq". Ermənistana gəlincə, deputat işğalçı ölkənin müstəqil qərar qəbul etmək iqtdarında olmadığını söyləyib: "Ermənistan istənilən vəziyyətdən istifadə edərək mövcud status-kvonu qoruyub sağlamağa çalışır. Lakin biz beynəlxalq səviyyədə Ermənistana təzyiq yollarını düşünməli və buna nail olmalıyıq". Milli Məclisin deputatı Sona Əliyeva deyib ki, bir neçə gün öncə Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata -Qoşulmama Hərəkatı təşkilatına sədr seçilib. Azərbaycan "Bandunq" prinsiplərini əsas götürməklə növbəti 3 il  ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək. Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış  mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.  Odur ki, təşkilata sədrlik Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir. S.Əliyeva bildirib ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Və bunu xaici siyasətimizin ciddi uğuru saymaq olar. Onun sözlərinə görə, Yekun sənədlə bağlı ən maraqlı, həm də gülünc   mövqeyi isə işğalçı dövlət Ermənistan sərgiləyib. Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri  "məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə" "ittiham" edərək,  beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə "çağırmışdır": "Ermənistan işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyanatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur.  120 dövlətin aldığı qərarı sorğulamaq, ədalətsiz saymaq istəyi  yalnız xəstə təfəkkürün məhsulu ola bilər.  Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddaratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən heç olmasa həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində "ittiham" edən Ermənistan minlərlə azərbaycanlının qətl ediıməsində məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa bu haqda da fikirləşsinlər.   Hər halda bu münaqişə Azərbaycana vurduğu zərər qədər də, Ermənistanı da zərərə uğradıb. Türkiyə  və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcrid olunmaq Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular mütəmadi olaraq müzakirə olunur.  Daxili kütləyə hesablanmış boş-boş bəyanatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Zaman isə dayanmır və bu müddətdə görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Məhz dünyda ikinci ən böyük təsisata rəhbərlik, ölkəyə, onun təhlükəsizliyinə və haqq ədalət axtarışına inamdan, etimaddan irəli gəlir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31