Bu xainlərə bütün xalq öz etirazını bildirməlidir
1 Noyabr 2019 12:46 SiyasətYevgeni Primakov kimdir? Əlləri dirsəyinə kimi Azərbaycanlı qanına batmış bir qatil. Artıq 30 ildir ki, biz 20 yanvarda faciəmizi qeyd edirik. Universitet rəhbərliyi, professor- müəllim kollektivi və tələbələr hələ dərk etməyiblər ki, 20 Yanvar hadisələrini törədən kimdir? Məni ən çox məyus edən məsələlərdən biri də odur ki BSU deyilən təhsil ocağında professor - müəllim kollektivində patriot biri yoxdurmu? Dünyaya səs salaraq ermənipərəstləri "susduran" patrio-idiotlar burunlarının ucunda 20 yanvar şəhidlərimizin ruhunu təhqir edənlərə qarşı şüvən səslərini niyə çıxarmadılar? Y. Primakovun 90 illiyinə təmtəraqlı tədbir keçirilməsinə şərait yaratdılar. Biri guya Pozneri "susdurur", biri ermənini "susdurur", amma içimizdən bizi aşağılayanları, təhqir edənləri susdura bilmirlər. İnanmıram, qardaş, bu psevdopatriotların şüvənlərinə! Ancaq ucuz piar, özünü gözəsoxmaq. Ürəkdənyanan istəyirəm xalqımın faciəsinə! Pozneri "susduran" niyə verdiyi suala onun cavabını kəsir, sonra bütün medialarda yayır ki o, Pozner kimi bir əcdahanı "yıxdı, sürüdü"? Bilin və agah olun, Pozneri "yıxıb sürüyən" suala onun cavabı belə olub: Qarabağ Ermənistanındır, vəssalam! İndi deyin, kim kimi "yıxıb sürüdü"? Erməniyə verilən sualın cavabını heç xatırlamaq istəmirəm. Kontekstdən özlərinə sərf edən hissəni kəsib çıxarırlar, sonra mətbuatda, yutube kanalında, sosial şəbəkələrdə yayırlar. Hara baxırsan onların "qəhrəmanlığından" bəhs edilir. Gəlin, öz şəxsi maraqlarımıza görə bu başıbəlalı, yazıq, işgüzar xalqımızı aldatmayaq. BSUda qatil Yevgeni Primakova keçirilən təmtəraqlı tədbirə bu psevdopatriotların susması sübutdur. Yevgeni Primakov 20 yanvar şəhidlərimizin qatilidir. Onun 90 illiyinə hər hansı tədbirin Azərbaycanda keçirilməsi şəhidlərimizin ruhuna xəyanətdir, Azərbaycan xalqına xəyanətdir! Məndə olan məlumata görə, universitet rəhbərliyinin təşkil etdiyi həmin təmtəraqlı mərasimində Milli Məclisin 3 deputatı - Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak edib. Bu deputatların 3-ü də AŞPA-dakı nümayəndə heyətimizin üzvüdür. Ölkəmizin beynəlxalq qurumlarda milli, dövlətçilik maraqlarını qorumalı olan bu deputatlar Bakıda şəhidlərimizin qanına əli batmış bir qatilin anım mərasiminə qatılması yəqin ki, xalqımız tərəfindən birmənalı qarşılanmayacaq. Şəhidlərimizin ruhunu müqəddəs sayan hər kəs öz etirazını birdirəcək. Təklif edirəm ki BSUnun rektoru işdən qovulsun, haqqında cinayət işi başlansın, həmin tədbirdə iştirak edən deputatlar geri çağırılsın və "Xalq düşməni" elan edilsinlər! Çünki şəhidlərinin ruhuna hörmət etməyən şəxs xalqını sevə bilməz. Xalqını sevməyən şəxsdən millətə vəkil olmaz. Buna görə də bütün QHT lər bu xoşagəlməz hadisəyə öz narazılığını bildirməli və AR MM rəhbərliyi adına həmin narazılıqlarını çatdırmalıdırlar. QHT dən başqa bu xainlərə bütün xalq öz etirazını bildirməlidir.
Nüsrət Məmmədov,
Dünya azərbaycanlıları və digər türkdilli xalqları İttifaqının Prezidenti