Türkiyə- ABŞ münasibətlərinə çox böyük zərər dəyəcək
Türkiyə- ABŞ münasibətlərinə çox böyük zərər dəyəcək
31 Oktyabr 2019 15:09 Siyasət"Növbəti, insanlıq adına ləkə sayıla biləcək tarixi bir ədalətsizlik baş verdi. Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatası, saxta "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul edib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib. O, qeyd edib ki, paradoksal hal olsa da, müxtəlif dövrlərdə, bir xalqlara qarşı həqiqi soyqırımı törətmiş ölkələrin, heç bir hüquqi əsas olmadan, başqalarını ittiham etməsi, beynəlxalq hüquq normalarının tam deqradasiyası deməkdir: "Əvvəla heç bir ölkənin parlamentinin tarixi proseslərə qiymət verməsi qəbul edilməzdir. İkincisi, Türkiyə dəfələrlə bu mövzunun birdəfəlik qapanması üçün tarixçilərdən ibarət beynəlxalq komissiyanın yaradılmasını təklif edib, öz arxivlərinin açılmasını və digər dövlətlərin də arxivlərinin açılması barədə rəsmi bəyanatlar verib". Millət vəkili təəsüf hissi ilə qeyd edib ki, bu çağırışlara əhəmiyyət vermədən, böyük dövlətlər mənfur erməni yalanlarının bütün dünyada yayılmasına tam şərait yaratmaqda davam edirlər: "Çünki gözəl başa düşürlər ki, tarixdə erməni soyqırımı adında hadisə baş verməyib. Bu yalanlar, zaman-zaman xəstə erməni millətindən istifadə edən qüvvələrin uydurmasıdır. Hesab edirəm çox yanlış qərar olmaqla bərabər, Türkiyə- ABŞ münasibətlərinə çox böyük zərər dəyəcək. Hər iki strateji müttəfiq uzun illərə söykənən dostluq münasibətlərini cılız erməni yalanlarına qurban verəcək. Ancaq yanılırlar,Türkiyə artıq əvvəlki illərin Türkiyəsi deyil, bütün tarixi çətinliklərdən üzü ağ çıxdığı kimi, bu çətinliklərə də sinə gərəcək, güclü, daha da inkişaf etmiş dünya güclərindən birinə çevriləcək. Uğurlar Türkiyə. Hər zaman olduğu kimi,qardaş Azərbaycan yanındadır".