Qarabağ: Klinton ermənipərəst prezidentliyə namizədi tənqid etdi
31 Oktyabr 2019 10:51 SiyasətOktyarbın 30-da "Daily Wire" mətbu nəşrində Paul Millerin müəllifliyi ilə "Miller: Niyə Hillari Klinton Tulsi Qabbard ilə bağlı haqlı ola bilər" (MILLER: Why Hillary Clinton Might Be Right About Tulsi Gabbard) adlı məqalə dərc edilib.
Məqalədə bu yaxınlarda prezidentliyə namizədliyini irəli sürmüş Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard Hillari Klinton tərəfindən ciddi tənqidə məruz qalıb. Cebhe.info xəbər verir ki, yazıda Qabbard rus agenti adlandırılır. Qeyd edək ki, Qabbard ABŞ Konqresində ən qalmaqal üzvlərindən biridir və erməni separatçılarını dəstəkləyir.
Məqalədə həmçinin bildirilir ki, Qabbard 2017-ci ildə Rusiya tərəfindən dəstəklənən Suriya diktatoru və müharibə cinayətkarı Bəşər Əsədlə görüşüb və o bundan peşman deyil. Bununla yanaşı Qabbard bu ilin sentyabr ayında ABŞ Dövlət Departamentinin açıq şəkildə "tanımadığı" və BMT tərəfindən bir sıra qətnamələrlə Azərbaycan ərazisi kimi tanınan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı ziyarət edib. Bununla da ABŞ siyasətinə zidd hərəkət edib.
Maraqlıdır ki, Qabbard o zaman "Dağlıq Qarabağ xalqının azadlıq, demokratiya və öz müqəddəratını təyin etmə dəyərlərini" nümayiş etdirdiklərini vurğulayıb. Bu xüsusda, B.Əsədlə görüşün qondarma rejimin "prezidenti" Bako Saakyan ilə görüşündən fərqlənmədiyini vurğulanıb.